ABŞ ilə strateji tərəfdaşlığın inkişafı Ermənistanın suveren hüququdur
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
“ABŞ ilə strateji tərəfdaşlığın inkişafı Ermənistanın suveren hüququdur”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətini şərh edərkən deyib.
"Münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək Ermənistanın suveren hüququdur. Bizim Ermənistanla ikitərəfli münasibətlərimiz var, biz bu əlaqələri yüksək qiymətləndiririk və bundan sonra da onları inkişaf etdirmək niyyətindəyik”, - deyə siyasətçi vurğulayıb.
Peskov qeyd edib ki, ikitərəfli aspektlərlə yanaşı, inteqrasiya prosesləri, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq Moskva üçün çox vacibdir.
"Bütün bunlar ümumilikdə Ermənistan və onun xalqı üçün əhəmiyyətli dividendlər verən əməkdaşlıqdır", - deyə siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















