Bu, Ermənistanın qanuni hüququdur, lakin Putin
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirir.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Görüş zamanı Putin Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyinə münasibət bildirib.
“Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi respublikanın qanuni hüququdur. Lakin Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olması belə bir qərarın həyata keçirilməsində müəyyən çətinliklər yaradır”, – deyə Rusiya lideri bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daha əvvəl Ermənistanın Aİ-yə üzv olmasının mümkün nəticələri barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı yaranan fikir ayrılığı təsadüfi deyil, sistemli xarakter daşıyır.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də ölkəsinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət edəcəyini açıqlayıb. Paşinyan bildirib ki, İrəvanın Avropaya inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlandıqdan sonra Aİ və Aİİ-yə üzvlüklə bağlı referendum keçiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Putin: Ermənistanın Aİ yə üzvlük istəyi qanuni hüququdur, lakin bu, ölkənin Aİİ dən çıxması anlamına gələcək YENİLƏNİB
01 Sentyabr 2026 21:28
Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur
16 May 2025 12:41
ABŞ ilə strateji tərəfdaşlığın inkişafı Ermənistanın suveren hüququdur
14 Yanvar 2025 14:33
“Aİ yə üzvlük prosesinə başlamaq Ermənistanın suveren hüququdur”
14 Fevral 2025 17:21
Peskov: “Avropa İttifaqına doğru getmək Ermənistanın suveren hüququdur”
30 May 2026 14:19
Baxış sayı:138
Bu xəbər 01 Sentyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları