Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

ABŞ ın 46 il əvvəl İranda keçirdiyi Qartal caynağı əməliyyatı

ABŞ ın 46 il əvvəl İranda keçirdiyi Qartal caynağı əməliyyatı

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın İranda desant əməliyyatına hazırlaşdığı bir zamanda onun 46 il əvvəl İranda həyata keçirtdiyi bir hərbi əməliyyat haqda bilmək, düşünürük ki, maraqlı olar.

 “Qartal caynağı” əməliyyatı

1979-cu ilin əvvəllərində İran şahı ölkədən qaçdı. Referendum nəticəsində 1 apreldə İranda İslam Respublikası elan edildi. Yeni hökumət ABŞ-dan məhkəməyə verilmək üçün şah Məhəmməd Rza Pəhləvinin İrana ekstradisiya edilməsini tələb etdi, lakin ABŞ bu tələbi rədd etdi. İranın dövlət hesablarını da dondurdu.

4 noyabrda radikal tələbə qruplarının üzvləri “Amerikaya ölüm!” və “Şahı bizə verin!” şüarları ilə Tehrandakı ABŞ səfirliyinə basqın edib, 66 əməkdaşını girov götürdülər. Girov götürmə İran hökuməti tərəfindən dəstəkləndi. 2 həftə sonra 13 girov azad edildi, 53 nəfər isə səfirlikdə qaldı.

ABŞ prezidenti Cimmi Karterin Amerika banklarındakı İran hesablarını dondurması və neft embarqosu da daxil olmaqla İrana qarşı sanksiyalar tətbiq etməsi girovların azad edilməsinə kömək etmədi. 1980-ci ilin 8 aprelində girovlarla bağlı danışıqlar uğursuzluqla bitdikdən sonra ABŞ ilə İran arasında faktiki dondurulmuş diplomatik münasibətlər rəsmi olaraq kəsildi. Girovların azad edilməsi üzrə “Qartal caynağı” əməliyyatı hazırlandı.

Əməliyyatı başlamaq üçün ən yaxın dost hava bazası Türkiyədə, Tehranın 700 km şimal-qərbində idi. Tehranın İran ərazisinin dərinliyində, ABŞ-a dost ölkələrdən uzaq məsafədə yerləşməsi, girovların milyonlarla insanın olduğu Tehranda, yaxşı mühafizə olunan səfirlik ərazisində saxlanması əməliyyatın planlaşdırılmasını çətinləşdirirdi. Ciddi məxfilik tələb olunurdu və hər hansı bir məlumat sızmasının qarşısı alınmalı idi.

“Qartal caynağı” əməliyyatında Bad Tölzdəki 10-cu Xüsusi Təyinatlı Qüvvələr Qrupundan 80 “Delta Force” əsgəri və 13 yaşıl beret iştirak edirdi. Hamısı döyüş çəkmələri, cins şalvar, uzun günlüklü idman papaqları və xaki rəngli geniş gödəkçə geyinmişdi. 2 eskadron ciddi şəkildə qorunan Amerika səfirliyi binasında saxlanılan girovları, 1 eskadron isə İran Xarici İşlər Nazirliyinin binasında saxlanılan daha 3 girovu azad etməli idi. Əməliyyat planı üzrə Tehrandakı binalara hücum və girovların azad edilməsi 45 dəqiqə, bütün əməliyyat 36 saat çəkməli idi.

Əməliyyat planı belə idi:

Əməliyyat Omanın Masiah adasındakı aviabazadan və Oman körfəzindəki “Nimitz” aviadaşıyıcından həyata keçirilir.

1-ci gecə Masiah adasından 3 C-130 Hercules nəqliyyat təyyarəsi xüsusi təyinatlıları İran paytaxtının 370 km cənubundakı Dəşte-Kəbir səhrasında II DM zamanı Britaniyaya məxsus olmuş, lakin artıq çoxdan istismardan çıxarılmış “Səhra-1” aerodromuna çatdırır.

Daha 3 C-130 təyyarəsi ora helikopterlər üçün yanacaq gətirir. Xüsusi təyinatlıları endirdikdən və helikopterləri yanacaqla təmin etdikdən sonra bütün təyyarələr Masiah adasına geri qayıdır.

“Nimitz” gəmisindən “Səhra-1”-ə tanınma işarələri olmayan 8 RH-53D helikopteri gəlir. Bu helikopterlər ona görə seçilmişdi ki, İran HDQ-lərində də eyni helkopterlər var idi deyə gecə onları özlərinki hesab etsinlər.

Helikopterlər yanacaq doldurduqdan sonra xüsusi təyinatlıları Tehran yaxınlığında tərk edilmiş bir aerodroma aparır, onlar aerodromu ələ keçirir və bir qrupu burada qalır.

Digər qrup avtomobillərlə Tehrana gedir, səfirliyin və XİN-nin mühafizəçilərini öldürür və girovlarla birlikdə onların ardınca gələn helikopterlərə minirlər.

Helikopterlər 1-ci qrupun nəzarətə götürdüyü aerodroma uçur və oradan əməliyyatın bütün iştirakçıları ABŞ-a dost olan Misirdəki gizli bazaya təxliyə edilirlər.

Plana görə, İran HHM sisteminin arxaik olması səbəbindən bütün ABŞ təyyaərə və helikopterlərinin uçuşları aşkarlanmamalı idi, çünki İran radarları alçaqdan uçan təyyarələri “görmürdülər”.

Əməliyyat 24 aprel 1980-ci il axşamı başladı. 6 təyyarə Oman körfəzi üzərindən son dərəcə alçaqdan uçaraq İran ərazisinə daxil oldu və “Səhra-1” nöqtəsinə eniş etdi. Xüsusi təyinatlılar gözləmədikləri halda yaxınlıqda kifayət qədər gur bir avtomobil yolu aşkar etdilər. Amerika qoşunları 40 sərnişin daşıyan avtobusu saxlamağa məcbur oldular. Lakin daha sonra gələn yanacaq daşıyan maşının sürücüsü onların tələbini yerinə yetirməkdən imtina etdi. Əməliyyatın aşkarlanacağından qorxan xüsusi təyinatlılar maşını qumbaraatanlarla məhv etdilər, maşındakı sərnişin öldü, sürücü isə qaçıb gizlənə bildi. Alov sütunu gecə onlarla metr yüksəkliyə qalxdı və uzaqdan göründü, buna görə də əməliyyatın gözlənilməzlik effekti itdi.

Lakin sürpriz bununla bitmədi.

Əməliyyatda 8 helikopter iştirak edirdi. Onlardan 1-i “Nimitz” gəmisindən qalxan kimi pərində olan nasazlıqdan qəzaya uğradı və dənizə düşdü. Digərləri İran ərazisində qum fırtınası ilə qarşılaşdılar və onlardan biri yolunu azaraq, “Nimitz”ə qayıtmaq məcburiyyətində qaldı. Daha biri “Səhra 1”-ə çatmadan xarab oldu (ekipajı təxliyə edildi). 5 helikopter “Səhra 1”-ə eniş etdı.

Saz qalan 5 helikopterdən biri yanacaq doldurarkən C-130 təyyarəsi ilə toqquşdu və güclü partlayış baş verdi. Nəticədə 3-ü mayor, 1-i kapitan ölmaqla 8 xüsusi təyinatlı öldü. Təyyarə də, helikopter də tamamilə məhv oldu. Partlayışdan İran gecəsi çıraqban oldu. Qalan 4 helikopter də partlayışın qəlpələrindən xəsarət aldılar.

Qalan döyüşçülər əvvəlcə nə baş verdiyini anlamadılar, gecə olduğu üçün İran ordusunun hücumuna məruz qaldıqlarını düşündülər, çaxnaşma düşdü və xaotik atışmaya başladılar. Aralarında ağır və yüngül yaralananlar oldu.

Əməliyyatın komandiri polkovnik Çarlz Bekkvit geri çəkilmə əmri verdi. Sağ qalan helikopter pilotları və xüsusi təyinatlılar tələsik qalan təyyarələrə minərək İranı tərk etdilər. İran mənbələrinə görə, çaxnaşma onların yaxınlığından İran HHQ-nin qırıcısının uçması səbəbindən baş vermişdi.

Nəticədə “qorxubilməz “”Delta Force” seçilmişləri 5 helikopteri, ölən pilotların və digər heyət üzvlərinin cəsədlərini, əməliyyatla bağlı bütün məxfi sənədləri, radiokod kitablarını, qabaqcıl avadanlıqları və pulları səhrada qoyub qaçdılar. Helikopterlər sonradan İran ordusuna təhvil verildi.

Çox “möhtəşəm” əməliyyat oldu. Hollivud bu əməliyyatdan gözəl bir qəhrəmanlıq filmi düzəldə bilərdi.

ABŞ-ın o vaxtkı dövlət katibi Sayrus Vens bu əməliyyatın əleyhinə idi, lakin prezident Karter onun keçirilməsinə razılıq verdi. Vens bu səbəbdən istefa ərizəsi yazdı və əməliyyatdan 4 gün sonra, 28 apreldə onun istefası qəbul olundu.

İran cəsədləri 5 mayda Qırmızı Xaç vasitəsilə ABŞ-a təhvil verildi. “Qartal caynağı” əməliyyatının uğursuzluğundan sonra uzun danışıqlar aparıldı. Bu danışıqlar davam edərkən İran-İraq müharibəsi başladı. İranın pula çox ehtiyacı var idi. ABŞ girovların taleyini həll etməkdə həlledici addım olan İran aktivlərin bir hissəsinin dondurulmasını ləğv etməyə razı oldu. 19 yanvar 1981-ci ildə razılaşma əldə edildi və prezident Karterin istefasından bir neçə dəqiqə sonra, 20 yanvarda azad edilmiş girovlar Tehranı tərk etdilər.

İndiki Vens də, deyəsən, o vaxtkı Vensin mövqeyindədir və onun taleyini yaşayacaq.

Asif Şəfəqqətov

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Aprel 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri