ABŞ ın Azərbaycandakı müvəqqəti işlər vəkili Bibiheybət neft parkını gəzib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu günlərdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara Bibiheybət neft parkını gəzərək dünyanın ilk sənaye neft quyusuna baxış keçirib.
APA xəbər verir ki, bu haqda ABŞ-ın ölkəmizdəki səfirliyinin “X” hesabında məlumat verilib.
Gevara gəzinti ilə bağlı bunları deyib:
“Azərbaycanın müstəqilliyinin ilk illərindən bəri ABŞ onun enerji ambisiyalarına davamlı dəstək verib və bu dövrdə regionun enerji xəritəsini yenidən formalaşdıran layihələrdə mühüm rol oynayıb. Belə layihələrdən biri Avropanın enerji təhlükəsizliyini və müxtəlifliyini inkişaf etdirən Cənub Qaz Dəhlizidir. Bu gün ABŞ və Azərbaycan şirkətləri enerji hasilatının səmərəliliyi və təhlükəsizliyini artırmaq üçün əməkdaşlıq edir və bu kimi təcrübə Azərbaycana qlobal enerji təchizatçısı olaraq əhəmiyyətini inkişaf etdirməyə kömək edir.”
Baxış sayı:62
Bu xəbər 05 Aprel 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















