ABŞ ın baş prokuroru Baydenlə bağlı sirrin üstünü açdı: Dövlətin məxfi sənədlərini görün harda saxlayırmış KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
“Baydenin məxfi sənədləri qarajında saxlamaq hüququ yox idi”.
KONKRET.az xəbər verir ki, bunu ölkənin ədliyyə naziri və baş prokuror Pam Bondi deyib.
“Əlbəttə ki, onun gizli sənədləri götürmək hüququ yox idi və hamımız bilirik ki,sənədlər Baydenin qarajındadır. Lakin heç kim onu məsuliyyətə cəlb etmək qərarına gəlməyib. Biz hökumətimizin, hüquq-mühafizə orqanlarımızın yerinə yetirməli olduğu əsas funksiyaya, yəni zorakı cinayətkarları təqib etmək və onları küçələrimizdən uzaqlaşdırmaqdan ibarət olan vəzifəsinə qayıdacağıq. Donald Tramp hakimiyyətə gəldiyi gün “ədalətin silahlanması”na son qoyuldu”, – deyə Bondi vurğulayıb.
Xatırladaq ki, Bayden 2017-ci ildə vitse-prezident vəzifəsindən istefa verdikdən sonra onun Delaverdəki evinin qarajında və Vaşinqtondakı ofisində məxfi sənədlər tapılıb. Bu, federal araşdırmaya səbəb olub. Həmin vaxt hesabatda Bayden “yaddaşı zəif olan yaşlı adam” kimi xarakterizə edilib. Həmin vaxt siyasətçinin ölkəni idarə etmək qabiliyyətinə dair şübhələr son nəticədə onun prezidentlik yarışından geri çəkilmək qərarı ilə nəticələnib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Fevral 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















