Icma.az
close
up
RU
Sərhədi keçən əsgərimiz bu sirrin üstünü açdı İnanılmaz

Sərhədi keçən əsgərimiz bu sirrin üstünü açdı İnanılmaz

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan tərəfi bildirir ki, Azərbaycan əsgəri Sünikdə saxlanılıb. Bu da sözügedən mövqedən təxminən hava məsafəsi olaraq 10-12 km deməkdir.

Turkustan.az xəbər verir ki, bunu hərbi ekspert Səxavət Məmməd deyib.

O bildirib ki, sərhədi keçən əsgərimizin Ermənistan postlarında ayıq-sayıqlıq olmadığını aşkara çıxarmış oldu:

“Bir əsgər öz mövqeyini tərk edir, qarşı tərəfə doğru hərəkət edir. Bu o deməkdir ki, qarşı tərəfin postlarında ayıq-sayıqlıq sıfıra bərabərdir. Bundan əlavə, bu həm də o deməkdir ki, Ermənistan ordusunun da texniki müşahidə aparmasında ciddi problemlər var. Başa düşürəm, ərazi dağlıqdır, dərə-təpələr çoxdur, sıx meşə var. Ancaq orduda bəhanə gətirirsənsə, ölmüsən deməkdir! Problem təkcə Ermənistan ordusunun ön postları ilə də bağlı deyil. Əgər bir əsgər 5 gün ərzində Ermənistan daxilində 12 kilometr irəliləyə bilirsə, bu, Ermənistan Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının dərinlikdə heç bir ciddi eşelonlaşdırılmış müdafiə və müşahidə sisteminin olmadığını sübut edir. Ermənistan ordusu ərazidə kəşfiyyat və patrul nəzarətini tam itirib. Əslində əsgərin bu keçidi Azərbaycan ordusu üçün ciddi kəşfiyyat məlumatları da vermiş olur”.

“Ermənistan mətbuatında yer alan xəbərlərdə deyilir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti qarşı tərəflə əlaqə saxlayıb, məsələ ilə bağlı Ermənistanı məlumatlandırıb. Bu prosesin eskalasiyaya çevrilməməsinin səbəbi DTX-nin qarşı tərəfi operativ məlumatlandırmasıdır. Bu xəbərdarlıq olmasaydı, Ermənistan ordusu bunu “hərbi diversiya qrupunun sızması” kimi qiymətləndirib sərhəddə genişmiqyaslı atışma da başlada bilərdi.

Azərbaycanla Ermənistan arasında razılaşmaya əsasən, qəsdən təxribat törətməyən, azaraq və ya fərdi səbəblərdən sərhədi keçən hərbçilər cinayət təqibinə məruz qalmadan tez bir zamanda qarşılıqlı qaytarılmalıdır. Ona görə də əsgərin qısa zamanda Azərbaycana qaytarılacağı gözləniləndir”, – S.Məmməd bildirib./globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Oktyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri