Icma.az
close
up
RU
“ABŞ ın BMT ni tərk etmək istəməsinin bir neçə səbəbi var” MÜNASİBƏT BİLDİRİLDİ

“ABŞ ın BMT ni tərk etmək istəməsinin bir neçə səbəbi var” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Respublikaçı konqresmenlər ABŞ-ın BMT-dən çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bu layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Prinsip etibarilə ABŞ-da müxtəlif vaxtlarda bənzər qanun layihələri irəli sürülüb. Donald Trampın hakimiyyətə gəlişi ilə bu məsələ yenidən aktuallaşıb. ABŞ-ın BMT-ni tərk etmək istəməsinin bir neçə səbəbi var:
Birincisi, maliyyədir. ABŞ BMT-yə ən çox pul xərcləyən ölkədir. Trampın hazırda ABŞ-ın xarici xərclərini azaltmağa çalışdığını nəzərə alsaq, bu versiya ağlabatandır.

İkincisi, təşkilatın beynəlxalq siyasətdəki mövqeyi ABŞ dəyərləri ilə ziddiyyət təşkil edir. Respublikaçı senatorlar hesab edirlər ki, BMT ABŞ-ın milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla siyasi itkilərlə üzləşir. ABŞ-ın BMT-dən tam çıxması təşəbbüsləri həmişə nəticəsiz qalıb. Çünki demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-ın qlobal liderliyini zəiflədə biləcəyini deyirlər.

Demokratların mövqeyi çox vacibdir. Çünki ABŞ-ın BMT-dən çıxması üçün qanun layihəsi həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır. Hazırda layihənin Konqresdə nə dərəcədə dəstək qazana biləcəyi sual altındadır.

.Bununla belə, Tramp bir yolunu tapıb, ABŞ-ı BMT-dən çıxararsa, bu, təşkilatın dağılması deməkdir. Müqayisə üçün deyim ki, ABŞ-ın BMT-nin sələfi olan Millətlər Cəmiyyətindən ayrılması bu təşkilatın beynəlxalq gücünü itirməsinə, daha sonra dağılmasına səbəb oldu. Analoji addım BMT-nin də dağılmasına zəmin yarada bilər.

Ümumiyyətlə, BMT-nin fəaliyyəti təkcə ABŞ tərəfindən deyil, bir çox böyük və kiçik ölkələr tərəfindən tez-tez tənqid edilir. Faktiki olaraq təşkilat ya qərar verə bilmir, ya da qərarları icra edilə bilmir. Buna görə hazırda iki əsas yanaşma var:

1. BMT-də reformlar olmalıdır;
2. BMT-ni ləğv edib, yeni sistem tərtib edilməlidir.
Hələlik ABŞ ikincini daha çox dəstəkləyir, lakin niyyəti beynəlxalq hüququ və sistemi dəyişməkdirsə, ilk növbədə dünya miqyasında nəzarətli xaosa ehtiyac var. Bunu iki ssenari ilə yarada bilər:
1. İran-İsrail müharibəsi fonunda İrana müdaxilə;
2. Tayvan münaqişəsi və buna paralel Kəşmir, Koreya münaqişələrinin alovlanması.
Hər iki ssenari və ya tamam başqa ssenari üzrə yaradılacaq nəzarətli xaosdan sonra ABŞ yeni dünya nizamını tərtib edə bilər. Yeni dünya nizamında isə heç kəsin veto hüququ olmalıdır. Xatırladım ki, ABŞ İkinci Dünya müharibəsinin müttəfiqləri və sonradan rəqibləri olacaq SSRİ və Çin ilə qələbə qazandığı üçün yeni nizamda onlara da yer verməli oldu. Söhbət BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və onların veto hüququndan gedir.
İndi Vaşinqton Moskvaya Ukrayna ərazilərinin bir qismini, Çinə isə Tayvanı güzəştə gedərək onların veto hüququndan imtinasına nail ola bilər. Yeni nizamda isə sadəcə nüfuzu, pulu və təsir gücü olan dünya ölkələrinin səsini qazanıb istədiyini edər.
Hər halda proseslər tamam fərqli də ola bilər. Xarici KİV-lərdə hazırda belə bir iddia var ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Moskvaya qələbə paradına dəvət edib. Çin lideri Si Szinpinin də bura səfəri gözlənilir. Bu iki səfər baş tutarsa, Tramp planını Putin və Szinpinə aça, vəd verə bilər. Hər halda bunu zaman göstərəcək”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Mart 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri