Icma.az
close
up
RU
ABŞ və Aİ nin yeni sanksiyaları Rusiyaya necə təsir edəcək? Ekspertlərin gözləntiləri

ABŞ və Aİ nin yeni sanksiyaları Rusiyaya necə təsir edəcək? Ekspertlərin gözləntiləri

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Ukraynada 45 aydır davam edən müharibəsini əsasən neft və qaz ixracından əldə etdiyi gəlirlər maliyyələşdirir. Bu, uzun müddətdir ekspertlərin və tənqidçilərin diqqət mərkəzindədir. Lakin indi ilk dəfə olaraq ABŞ, Avropa İttifaqı və Britaniya Moskvanın enerji sektoruna – xüsusilə də “Rosneft” və “LUKoil” kimi nəhəng şirkətlərinə birbaşa sanksiyalar tətbiq edib.

Bu qərar Qərbin Rusiya iqtisadiyyatının “əsas damarını” hədəfə almağa başladığını göstərsə də, ekspertlər bildirirlər ki, sanksiyaların təsiri dərhal hiss olunmayacaq.

Rusiya Mərkəzi Bankının keçmiş müşaviri, hazırda Karneqi Berlin Mərkəzinin təhlilçisi Aleksandra Prokopenko hesab edir ki, bu qərarın qısamüddətli effekti məhdud olacaq.

Onun sözlərinə görə, hər iki şirkət sanksiyaların qaçılmaz olduğunu əvvəlcədən nəzərə alaraq maliyyə və logistika sistemlərini uyğunlaşdırıblar:“Neft ixracının böyük hissəsi artıq yuan və rublla aparılır. Buna görə də büdcəyə dramatik təsir gözləmirəm”.

Berlin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Mariya Şaqina isə bunu Tramp administrasiyasının ilk real sanksiya addımı adlandırır: “Bu qərar Rusiyanın müharibəni dayandırmaqda irəliləyiş əldə etməməsindən doğan Qərb narazılığını göstərir. Amma Tramp administrasiyasının bu tədbirləri nə dərəcədə ardıcıl həyata keçirəcəyi hələ bəlli deyil”.

ABŞ sanksiyaların qüvvəyə minməsini 21 noyabra qədər təxirə salıb. Ekspertlər bildirirlər ki, əsas məsələ Vaşinqtonun bu sanksiyaları Çin və Hindistandakı maliyyə institutlarına da şamil edib-etməyəcəyi olacaq.

Vaşinqtondakı Defense Priorities mərkəzinin tədqiqatçısı Cennifer Kavana sanksiyaların Rusiyanın müharibə aparmaq gücünü ciddi şəkildə zəiflədəcəyinə inanmır: “Putin bu müharibəni həyati vacib məsələ kimi görür. İtkilərə və iqtisadi çətinliklərə baxmayaraq, məqsədindən dönmək niyyətində deyil”.

2022-ci ilin fevralından bəri Rusiya dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsinə çevrilib. Amma Qərbin gözləntilərinin əksinə olaraq, Moskva iqtisadi baxımdan çökməyib. Rubl sabit qalıb, inflyasiya nəzarətdədir, hökumət isə vergiləri artıraraq büdcə gəlirlərini qorumağa çalışır.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiya təkcə sentyabr ayında neft və yanacaq ixracından 13,3 milyard dollar gəlir əldə edib. Doğrudur, bu, əvvəlki aylara nisbətən azdır, lakin ölkənin müharibə xərclərini qarşılamağa hələ də yetərlidir.

Sanksiyaların təsirini zəiflədən əsas amillərdən biri də Avropanın özüdür. Slovakiya və Macarıstan kimi ölkələr hələ də Rusiya neftindən asılıdır. Niderland, Fransa və Belçika isə Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) idxalını davam etdirir.

Avropa İttifaqı 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırsa da, bu keçid mərhələsi Moskva üçün hələ də gəlir mənbəyi yaradır. ABŞ prezidenti Donald Tramp Avropanı bu məsələdə sərt tənqid edib və onu “ikili oyun” oynamaqda günahlandırıb.

Rusiya neftinin ən iri alıcıları Çin və Hindistan olaraq qalır. Hindistanın “Reliance” şirkəti “Rosneft”lə gündəlik 500 min barel neft tədarükü üzrə müqaviləyə malik idi, lakin ABŞ-ın yeni qərarından sonra idxalı dayandırıb.

Ekspert Mariya Şaqina bildirir ki, Yeni Dehli Qərbin təzyiqinə daha həssasdır və mərhələli şəkildə Rusiyadan uzaqlaşa bilər.
Ancaq Çin üçün vəziyyət fərqlidir – ölkənin kiçik neft emalı zavodları qlobal bazara az inteqrasiya olunub və ABŞ sanksiyalarından çəkinmirlər.

“Energy Vista” şirkətinin rəhbəri Lesli Palti-Qusman isə sual edir: “Çindən başqa, hələ də ‘Rosneft’in neftini almağa risk edən başqa alıcı qalıbmı?”

Yeni sanksiyalar Moskva üçün müəyyən çətinliklər yaratsa da, Rusiyanın enerji ixracına əsaslanan iqtisadi sistemi hələ də dayanıqlıdır.
Ekspertlər hesab edir ki, bu tədbirlər yalnız ABŞ və Avropa tərəfdaşları Çin və Hindistana qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etdiyi halda real nəticə verə bilər. Əks halda, Moskva yenə də müharibəni maliyyələşdirəcək qədər gəlir əldə etməkdə davam edəcək.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Oktyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri