ABŞ ın dəhliz təklifinə Zaxarovada REAKSİYA
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“ABŞ regionda nəqliyyat blokadasını aradan qaldırmaq üçün “unikal” həll yolu olduğunu söyləyərkən səmimi deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
XİN rəsmisi ABŞ-ın yeni bir həll yolu təklif edə bilməyəcəyini söyləyib:
“Bu istiqamətdə müzakirələr Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşdırılmış işçi qrupu çərçivəsində artıq həyata keçirilib. Lakin çox təəssüf ki, Qərb ölkələrinin dağıdıcı təsiri nəticəsində qrupda iş dayanıb”.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsiz gediş-gəlişə 100 il nəzarət təklif etdiyinə dair məlumatlar yayılıb. Hətta İspaniya nəşri İrəvanın bu təklifi qəbul etdiyini, gizli memorandum imzalandığını və Azərbaycanın qərb rayonlarından Naxçıvana Zəngəzur üzərindən “Tramp körpüsü” yaradılacağını yazıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















