“Atletiko” “Arsenal”ın yarımmüdafiəçisini transfer etmək istəyir
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Arsenal”ın ispaniyalı futbolçusu Martin Subimendi karyerasını Madrid “Atletiko”sunda davam etdirə bilər.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi futbolçunun transferində əsas maraqlı tərəflərdən biridir. London klubu isə maliyyə vəziyyətini tarazlaşdırmaq üçün bəzi oyunçularını satmağı planlaşdırır.
Subimendinin komandadakı rolu Bruno Gimaraeşin transferindən sonra azalıb. İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 12 matçda cəmi 380 dəqiqə meydanda olub. O, yalnız Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşmanı tam keçirib.
“Atletiko” yarımmüdafiəçi ilə hələ “Real Sosyedad”da çıxış etdiyi dövrdə maraqlanıb. Lakin həmin vaxt futbolçu artıq “Arsenal”la razılığa gəlmişdi.
London təmsilçisi Subimendinin transferinə xərclədiyi 60 milyon avronu (təxminən 114,2 milyon manat) geri qaytarmaq istəyir. Klublar arasındakı yaxşı münasibətlərin mümkün keçidi asanlaşdıra biləcəyi bildirilir.
Mənbədə “Arsenal”dan ayrıla biləcək digər futbolçular arasında Viktor Gyokereş və Mikel Merinonun da adları çəkilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Noyabr 2026 03:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















