ABŞ ın Federal Rabitə Komissiyası BBC ilə bağlı araşdırma başladıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
London, 20 noyabr, AZƏRTAC
ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) BBC-nin Donald Trampın çıxışını səhv yönləndirdiyi və aldadıcı şəkildə montaj etdiyinə dair iddialar üzrə araşdırma başladıb.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, komissiyanın sədri Brendon Karr BBC rəhbərliyinə və iki Amerika yayımçısına məktub göndərərək həmin materialın ABŞ-da yayımlanıb-yayımlanmadığını müəyyənləşdirməyə çalışıb. O, məktubunda BBC-nin “Panorama” proqramının Trampın çıxışının 54 dəqiqə fərqlə səsləndirilmiş hissələrini montaj edərək ardıcıl göstərdiyini bildirib: “Beləliklə, proqram Trampın əslində heç vaxt demədiyi cümləni söyləmiş kimi təqdim edir. Bu isə açıq şəkildə yalan və zərərverici məlumat yayılması tərifinə uyğundur”.
Hadisədən sonra Donald Tramp BBC-ni məhkəməyə vermək və 5 milyard dollara qədər məbləğdə təzminat tələb etməklə hədələyib. BBC ötən həftə “Panorama” reportajına görə üzr istəyib, lakin Trampın hüquqşünaslarının tələb etdiyi tam rəsmi üzrdən imtina edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















