Icma.az
close
up
RU
ABŞ Federal Ticarət Komissiyası “Microsoft”a qarşı təhqiqata başlayır AZƏRTAC

ABŞ Federal Ticarət Komissiyası “Microsoft”a qarşı təhqiqata başlayır AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 noyabr, AZƏRTAC

ABŞ Federal Ticarət Komissiyası (FTC) “Microsoft” şirkətinə qarşı təhqiqata başlayır. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, artıq qlobal texnologiya nəhəngindən araşdırılması üçün müvafiq sənədləri təqdim etmək tələb olunub.

FTC “Microsoft”dan bulud xidmətləri, süni intellekt alətləri və kibertəhlükəsizlik proqramları haqqında ətraflı sənədləri təqdim etməyi tələb edib. Bu məlumatı istintaqla tanış olan və anonimlik tələb edən mənbə bildirib, amma “Microsoft” və FTC vəziyyəti şərh etməyib.

Müxtəlif əməliyyatları ilə tanınan “Microsoft” bu yaxınlarda süni intellektin (AI) əsas oyunçusu kimi ortaya çıxıb. Bu yüksəliş onun “OpenAI” şirkətinə sərmayələri və mövcud bulud hesablamaları, korporativ proqram təminatı, oyun və cihaz bizneslərini tamamlayan özəl AI sistemi – “Copilot”un inkişafı ilə bağlıdır.

“Microsoft” əvvəllər antiinhisar araşdırmalarına məruz qalıb. 2023-cü ilin əvvəlində Avropa tənzimləyiciləri AI sektorunda rəqabət problemlərini həll etmək üçün onun “OpenAI” ilə tərəfdaşlığını araşdırmağı nəzərdən keçiriblər. Bundan əlavə, şirkət “Activision Blizzard”ı 69 milyard dollara alması ilə bağlı FTC-nin müqaviməti ilə üzləşib. Tənqidçilər birləşmənin videooyun nəşrində monopoliyaya səbəb ola biləcəyini iddia ediblər, amma “Microsoft” bu iddiaları rədd edib və 2023-cü ilin oktyabrında müvafiq kontrakt imzalanıb.

Yenidən prezident seçilən Donald Trampın vəzifəsinin icrasına hazırlaşdığı bir vaxtda araşdırmanın vaxtı diqqət çəkir. Trampın FTC-nin hazırkı sədri Lina Xanı əvəz edəcəyi gözlənilir və ola bilsin ki, agentliyin istiqaməti də dəyişəcək. Onun administrasiyası davam edən araşdırmaları da dayandıra bilər.

Trampın hakimiyyətə qayıdışı onun hökumətinin iri texnoloji şirkətlərinə təsir edən antiinhisar problemlərini necə həll edəcəyi ilə bağlı daha geniş suallar doğurur. Məsələn, “Google” axtarış biznesi inhisarçı hesab edildikdən sonra “Chrome” tətbiqini satmaq ehtimalı ilə üzləşir. “Apple” və “Amazon”un antiinhisar yoxlaması da davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri