Icma.az
close
up
RU
ABŞ ın gizli Qəzza layihəsi: Fələstin daxilində kəskin parçalanma qaçılmazdır

ABŞ ın gizli Qəzza layihəsi: Fələstin daxilində kəskin parçalanma qaçılmazdır

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu model Fələstin cəmiyyətini parçalayacaq, onun daxilində kəskin fikir ayrılığı yaradacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının Qəzza sektoru ilə bağlı anklavın iki hissəyə bölünməsini nəzərdə tutan planını şərh edərkən deyib. 

Konfliktoloq bildirir ki, əslində Qəzzanın müxtəlif hissələrə bölünməsi – yəni müəyyən ərazilərin İsrail, digər hissələrin isə fələstinlilər tərəfindən nəzarətdə saxlanılması planı – öz mahiyyətinə görə gələcəkdə HƏMAS və ona yaxın qrupların yenidən bölgədə hakimiyyətə qayıdışının qarşısını almağa hesablanmış addımdır.


Azər Hüseynov 70 illik bir münaqişənin bu qədər sadə bir planla həll olunacağına əmin deyil: 

"Çünki nə ərazinin bölüşdürülməsi, nə də fələstinlilərə məhdud muxtariyyətin verilməsi problemi fundamental şəkildə həll edir. Bu, sadəcə olaraq müəyyən müddətlik zaman qazanmaq deməkdir. Fələstin tərəfi belə bir modeli qəbul etməyəcək, necə ki, 70 ildir öz torpaqlarından məhrum edilmə faktını qəbul etməyib. Hətta İsrail vətəndaşı olan fələstinli ərəblər arasında bu kimi planlara razı olanların sayı çox deyil. Mövcud vəziyyət Fələstin cəmiyyətinin bütün təbəqələri üçün həm siyasi, həm mənəvi, həm də tarixi baxımdan son dərəcə həssasdır".

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Qəzza zolağı üçün anklavın bölünməsini nəzərdə tutan plan hazırlayıb. Ona əsasən zolağın bir hissəsi İsrail, digəri isə Fələstin qrupları tərəfindən idarə olunacaq. Britaniyanın "The Guardian" qəzetinin məlumatına görə, İsrail və beynəlxalq hərbi nəzarət altında olan şərqi Qəzza zolağındakı "Yaşıl Zona" yenidən qurulacaq. "Qırmızı Zona" isə dağıdılmış vəziyyətdə qalacaq. 

Qeyd edilir ki, bu addımla Vaşinqton atəşkəsdən sonra "Qırmızı Zona"da yaşamağa davam edən fələstinliləri "Yaşıl Zona"ya köçməyə təşviq etməyi planlaşdırır. Yəni onların fikrincə, mövcud vəziyyətdə Qəzzada mülki şəxslər "Yaşıl Zona"ya köçməyə və yaxşı yaşamağa meyilli olacaqlar. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri