Icma.az
close
up
RU
Qəzza hələ bütün Fələstin deyil axı...

Qəzza hələ bütün Fələstin deyil axı...

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Prezident Trampın Yaxın Şərq sülh planı təəccüblü dərəcədə böyük sürətlə reallaşmaqdadır: atəşkəs var, girovlar mübadilə olunur, üstəlik, elə dünən ABŞ da daxil olmaqla bir neçə mühüm ölkə, o cümlədən də qardaş Türkiyə Misirdə daha bir sənəd imzaladılar. 

Bundan əvvəl Tramp İsrailə baş çəkdi, Knessetdə çıxış etdi, o da, baş nazir Netanyahu da elan etdilər ki, artıq müharibə bitib.

Nə demək olar? Əlbəttə, alqışlamaq lazımdır. Amma suallar, hətta şübhələr qalmaqdadır. 

Əvvəlcə kiçicik detalı qeyd edək. Netanyahu Misirə yollanmadı: biri deyir ki, o, Trampı İsraildə qarşılamalı idi, digəri ərz edir ki, guya prezident Ərdoğan bunu istəməyib, Netanyahu özü isə belə buyurdu ki, guya yəhudilərin hansısa dini bayramı olmalıdır və buna görə Misir toplantısına yollana bilmir, hərçənd, sonuncu ilə bağlı baş naziri sevməyən ortodoks yəhudilər dərhal bildirdi ki, hələ heç bir dini bayram-filan yoxdur...

Məsələ ilə bağlı başqa məqamlar da var. Trampın planı, səhv etmirəmsə, iyirmi bənddən ibarət idi, yəni bəzi suallara cavab tapmaq üçün ora müraciət etmək olar. Misirdə imzalanan sənədə də nəzər yetirdik. Orada mühüm bir məqamla rastlaşmadıq, bizi maraqlandıran suallara cavab tapa bilmədik. 

Bilirsiniz, atəşkəs, girovların mübadiləsi, necə deyərlər, hələ başlanğıcın başlanğıcıdır: biz də Ermənistanla az qala, otuz il nisbi atəşkəs vəziyyətində yaşadıq, hətta arada girovların, əsirlərin də mübadiləsi olurdu, amma sülh yox idi.

İkincisi, Qəzzanın bərpası (BMT-nin bir neçə ay bundan əvvəlki ilkin hesablamarına görə, bunun üçün azı 600 milyrad dollar lazım olacaq!), buradakı əhalinin taleyi və həm də bölgənin kimin idarəçiliyinə keçəcəyilə bağlı xeyli suallar var.

Həm də Qəzza hələ bütün Fələstin məsələsi deyil: "iki dövlət” senarisi qalacaqmı, Fələstin dövlət kimi tanınacaqmı, Qüdsün taleyi necə həll ediləcək? İsrail lideri Netanyahu Fələstinlə total sülhə "hə” deyəcəkmi? 

Axı hətta prezident Donald Tramp da Knessetdəki çıxışında onu zarafatla "çətin adam” adlandırdı və əgər, səhv etmirəmsə, Netanyahuya daha bir incə işarə də etdi: müharibə dövrünün ən yaxşı lideri... 

Bəlkə hətta Trmap da başa düşür ki, Netanyahu ilə total sülhə doğru addımlamaq elə də asan olmayacaq. Bəlkə buna görə İsrail prezidentindən Netanyahuya qarşı məhkəmə təqiblərinə son qoymağı xahiş etdi? Necə deyərlər, İsrail baş nazirini istirahətə yollamaq üçün.

Hüseynbala Səlimov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri