ABŞ ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda Azərbaycanın İranla sərhədində radiasiya fonunda heç bir dəyişiklik yoxdur.
Axar.az xəbər verir ki, bunu azərbaycanlı ekoloq, “Environmental Protection First” koalisiyasının həmtəsisçisi Amin Məmmədov “RİA Novosti”yə açıqlamasında deyib.
“Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi laboratoriyalarının əməkdaşları müasir avadanlıqlardan istifadə etməklə respublikanın İranla sərhədlərində radiasiya fonunun səviyyəsini müəyyən edirlər. Bu gün səhər saatlarından etibarən monitorinqlər gücləndirilib. Hazırda Azərbaycanın İranla bütün sərhədində radiasiya fonunda heç bir dəyişiklik yoxdur”, - Məmmədov bildirib.
Qeyd edək ki, bu gün ABŞ-ın Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 İyun 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















