Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

İrana nüvə zərbəsi ABŞ ın dünya liderliyini sarsıda bilər ŞƏRH

İrana nüvə zərbəsi ABŞ ın dünya liderliyini sarsıda bilər ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İran nüvə proqramından imtina etsə belə, təhlükə tamamilə aradan qalxmayacaq

ABŞ-ın İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana qarşı nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar fonunda Vaşinqton-Tehran xəttində gərginlik yenidən artıb. Amerikalı jurnalist Taker Karlson mümkün zərbənin hədəfinin İranın mərkəzində yerləşən nüvə obyektləri ola biləcəyini irəli sürərkən, Tehran ABŞ-la danışıqlarda nüvə proqramı üzrə güzəştə getməyəcəyini bəyan edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi 60 faiz zənginləşdirilmiş uranın üçüncü ölkəyə təhvil verilməsinin müzakirə olunmadığını bildirərək ölkəsinin bütün ssenarilərə hazır olduğunu vurğulayıb. Beləliklə, bir tərəfdən mümkün hərbi eskalasiya ilə bağlı iddialar, digər tərəfdən diplomatik danışıqlarda tərəflərin sərt mövqeyi regionda yeni qarşıdurma riskini gündəmə gətirib.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a açıqlamasında bildirib ki, indiki məqamda ABŞ-ın İrana nüvə zərbəsi endirməsi real görünmür:

“Çünki hazırda beynəlxalq münasibətlər sistemi böhran vəziyyətindədir və bu, hər şeydən əvvəl, ABŞ-ın maraqlarına uyğun deyil. Mövcud dünya nizamı məhz ABŞ-ın maraqlarının təmin olunmasına və onun hegemonluğunun qorunmasına xidmət edirdi. Təkqütblü dünya sistemində aparıcı güc ABŞ və onun müttəfiqlərindən ibarət koalisiya idi.

Ona görə də belə bir zərbənin endirilməsi, əslində, həmin nizamın tamamilə çökməsinə və fərqli beynəlxalq münasibətlər sisteminin yaranmasına gətirib çıxara bilər. Bu prosesdən ən çox zərər görən tərəf isə ABŞ olacaq.

Birincisi, hər kəs belə bir sual verəcək: humanitarlıqdan, demokratik dəyərlərdən, ölkələrin suverenliyindən və xalqların azadlığından danışan bir dövlət necə nüvə zərbəsi endirə bilər? Təbii ki, belə bir müharibə baş verərsə, çoxsaylı mülki şəxslərin də həlak olması qaçılmazdır. Beləliklə, ABŞ ciddi humanitar böhran və nüfuz itkisi ilə üzləşəcək, bu sahədə ona qarşı ciddi təzyiqlər göstəriləcək.

Ona görə də hazırda belə bir qərarın veriləcəyini gözləmirəm. Elə bir məqam yarana bilər ki, ABŞ-ın çoxqütblü sistemdə əvvəlki mövqeyi artıq qalmasın. O zaman Vaşinqton bu reallıqla tam barışmış, supergüc maraqları ciddi zərbə altına düşmüş olar və artıq itirdiklərini anlayaraq itirəcəyi başqa bir şeyin qalmadığını düşünər. Lakin bunun üçün hələ tezdir.

Digər tərəfdən, Amerika yeni dünya nizamında da əsas güc mərkəzlərindən biri olaraq qalmağın yollarını axtara bilər. İrana nüvə zərbəsi endirilməsi isə ABŞ-ı bu üstünlükdən məhrum edə biləcək qədər ciddi risklər yaradır. Məncə, Vaşinqton bu məsələdə daha ehtiyatlı davranacaq”.

Analitik qeyd edib ki, Netanyahunun rəhbərliyi ilə İsrailin Vaşinqtonun siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi reallığını da nəzərə almaq lazımdır:

“ABŞ-da güclü yəhudi lobbisinin mövcudluğu danılmaz reallıqdır. Həmin lobbinin fəaliyyəti Amerika iqtisadiyyatının formalaşmasında da müəyyən rol oynayır. Eyni zamanda, seçici amili də var. Çünki müxtəlif lobbi qrupları seçici səslərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilirlər. Ona görə də ABŞ administrasiyaları, xüsusən də seçkilərə hazırlaşan rəhbərlər bu amili nəzərə alır və onu görməzdən gələ bilmirlər.

Amma bu, o demək deyil ki, ABŞ öz maraqlarını tamamilə kənara qoyaraq İsrailin və ya Netanyahunun maraqlarından çıxış edə bilər. Çünki ABŞ-ın və İsrailin dünyaya baxışı fərqlidir. Əgər İsrail hazırkı mərhələdə dünyaya əsasən Yaxın Şərq prizmasından baxırsa, ABŞ dünyanı yalnız Yaxın Şərq kontekstində qiymətləndirə bilməz.

ABŞ Latın Amerikasında da təsirini artırmaq, Sakit okean regionunda da üstünlük qazanmaq, Şərqi Avropada da mövqelərini gücləndirmək istəyir. Yəni çoxvektorlu xarici siyasət maraqlarını nəzərə alsaq, Yaxın Şərq ABŞ üçün qlobal maraqlarını müəyyən edən istiqamətlərdən yalnız biridir. Buna görə də Vaşinqton hər hansı addım atarkən onun ümumdünya miqyasındakı maraqlarına təsirini hesablamalıdır”.

Ekspert vurğulayıb ki, İranın nüvə proqramından imtina etməməsi və güzəştə getməməsi müharibə riskini artırır və bu risk artıq özünü göstərib:

“Hazırda yeni zərbələrdən danışılır. Amma məsələ ondadır ki, İran nüvə proqramından imtina etsə belə, təhlükə tamamilə aradan qalxmayacaq. Çünki hazırda İranın nüvə silahı yoxdur. Bununla belə, İranın nüvə proqramının yaratdığı təhlükələr həm İsrailin, həm də ABŞ-ın maraqları baxımından müzakirə mövzusudur.

Əslində, İran nüvə proqramından imtina etdikdən sonra növbəti tələblər ortaya çıxa bilər: raket proqramından imtina et, hakimiyyəti dəyiş, demokratik rejimə keç, İslam rejimindən imtina et və sair. Bəs bu tələblərin sayı nə qədər olacaq, proses haraya qədər gedəcək?

İran tərəfi ya bu ehtimalları hesablaya bilmir, ya da hesablayaraq onların ölkənin maraqlarına zidd olduğu qənaətinə gəlir. Ona görə də İran elə başlanğıcdan nüvə proqramından imtina etmir və hazırkı rejim öz maraqlarından çıxış edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Noyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri