Icma.az
close
up
RU
ABŞ ın qərarı “köhnə qitə”ni XAOSA SÜRÜKLƏYİR “Avropada müharibələr BAŞLAYACAQ”

ABŞ ın qərarı “köhnə qitə”ni XAOSA SÜRÜKLƏYİR “Avropada müharibələr BAŞLAYACAQ”

Icma.az bildirir, Bizim media portalına istinadən.

Avropa çətin dövrünü yaşamaqdadır. Bir tərəfdən, Rusiyanın Ukrayna ilə müharibəsi Avropanı ciddi narahat edir. Digər tərəfdən də, Tramp Amerikanın Avropadakı hərbi kontingenti çıxarmaqda maraqlı görünür. Hələlik regiondakı 100 minlik Amerika qoşunundan 20 mini geri qaytarılıb və prosesin davam edəcəyi gözlənilir. 
Görünən odur ki, Trampın bu istəyi Avropa İttifaqı ölkələrini xeyli dərəcədə təşvişə salıb.
“Bloomberg” nəşrinin yazdığına görə, noyabrda NATO-nun Rumıniyada keçirilən təlimləri açıq şəkildə göstərib ki, Avropa orduları Amerika dəstəyindən asılı olaraq qalmaqdadır. Buna görə də, Avropa rəsmiləri ABŞ-ı Avropadakı hərbi mövcudluğunu azaltmamağa inandırmağa çalışır.
Paralel olaraq, Avropa ölkələri öz müdafiə qabiliyyətlərini artırır. Əksər ölkələr Trampın tələb etdiyi kimi, hərbi büdcələrinin ÜDM-nin 5 faizinə yaxınlaşdırıb. Lakin bununla belə, Avropa ölkələrinin orduları logistika və strateji aktivlərin təhlükəsizliyini təmin etməkdə çətinliklərlə üzləşməkdə davam edirlər.
Rumıniyadakı təlimlərin nəticəsi olaraq Avropa ölkələri NATO müttəfiqlərinin cəbhə xəttinə qüvvələr yerləşdirməsinin zaman baxımından xeyli vaxt aparacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bu açıqlama göstərir ki, Aİ ölkələri Amerika qoşunlarının qitədən çıxarılacağı təqdirdə, ciddi xaos və böhranla üz-üzə qalmalı olacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Vaşinqtonun bu istəyi Avropanı çətin duruma salacaq:
“ABŞ-ın Avropada 100 minlik hərbi kontingenti var. Onların 20 mini artıq çıxarılıb. 80 mininin taleyi də sual altındadır. İnformasiyalara görə, Tramp adminstrasiyası onları da geri çəkməklə bağlı müəyyən planlara malikdir.
Başqa bir həqiqət odur ki, 1945-ci ildən indiyə qədər Avropa ölkələrinin həm iqtisadi-maliyyə tarazlığının qorunub saxlanılması, xüsusən də hərbi-müdafiə məsələlərinin tənzimlənməsində Pentaqon müstəsna rol oynayıb. Yəni Avropaya sosial-iqtisadi məsələlərlə məşğul olmaları ilə bağlı mesajlar verildi. Əvəzində hərbi təhlükəsizliklərinin Vaşinqton tərəfindən təmin ediləcəyi bildirildi”.
Deputat qeyd edir ki, Amerika qoşunlarının “köhnə qitə”dən çıxarılması Avropada xaosa səbəb olacaq:
“İndi reallıqlar dəyişir. Yeni geosiyasi reallıqlar yaranır. Xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda vəziyyət tamamilə başqa məzmun almağa başlayır. ABŞ-la onun Avropa müttəfiqləri arasında bir sıra fundamental məsələlərdə ciddi fikir ayrılığı var. Pentaqona yaxın bəzi ekspertlər qeyd edir ki, ABŞ Avropadan qoşunlarını çıxarsa, bu “köhnə dünyanı” xaosa sürükləyəcək. Avropa ölkələri arasında bir-birinə qarşı ciddi ərazi iddiaları, etnik qarşıdurmaların olduğu heç kimə sirr deyil. ABŞ-ın bölgədə hərbi mövcudluğu isə bu problemləri həll etməyib, sadəcə ört-basdır edib, malalayıb”.
Avropa ölkələri arasında müharibələr qaçılmazdır.
Həmsöhbətimizin fikrincə, Amerika qoşunlarının olmayacağı təqdirdə, Avropa ölkələrini bir-birilə müharibələr bürüyəcək:
“Belədə ABŞ-ın hərbi təmsilçiliyinin olmayacağı Avropanın dünənki müttəfiqləri arasında ciddi hərbi kataklizmlər yaşana, bu ölkələr bir-birinə qarşı ərazi iddiaları ilə çıxış edə bilərlər. Təsadüfi deyil ki, Tramp adminstrasiyası NATO üzrə müttəfiqlərdən hərbi büdcələrini ümumi daxili məhsulun 5 faizinə qaldırmağı tələb edib. Buna getmək isə Avropada ciddi narahatlıq doğurur. Çünki belə bir addımı sosial-iqtisadi xərclərin azaldılması hesabına etmək olar ki, bu da daxildə hakimiyyətlər üçün ciddi problemlərə yol açacaq.
Söz sahibi Vaşinqtondur. Ona görə də bu baxımdan Avropaya istədiyi şərtləri diqtə edir. Bir gün ABŞ-ın Avropadan çox narazı qalacağı təqdirdə, buradakı hərbi mövcudluğuna son qoyacaq. Bu halda isə Avropanı nə gözləyəcəyilə bağlı proqnozlar bədbin xarakterlidir”.
Rüfət Sultan, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri