Icma.az
close
up
RU
ABŞ ın qərarı: Süni intellektlə evlənmək qadağan olunacaq

ABŞ ın qərarı: Süni intellektlə evlənmək qadağan olunacaq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın iki aparıcı ştatından – Kaliforniya və Ohayodan süni intellektlə bağlı iki mühüm qərar verilib. Hər iki qərar yalnız bu ölkə üçün deyil, gələcəkdə qlobal səviyyədə də qəbul edilə biləcək önəm daşıyır.

Bizimyol.info xəbər verir ki, bugün Kaliforniya və Ohayo ştatlarında süni intellekt texnologiyalarını tənzimləyəcək iki yeni qanun qəbul olunub. Kaliforniyada imzalanan qanuna əsasən, 2026-cı ildən etibarən "Meta", "Character AI" və "Replika" kimi platformalar uşaqlar və emosional baxımdan həssas istifadəçilər üçün ciddi təhlükəsizlik qaydalarına əməl etməyə məcbur ediləcək. Ohayoda isə süni intellektlə insanlar arasında “evlilik” əlaqələri rəsmən qadağan olunacaq.

Kaliforniyada qəbul edilən bu qərar bəzi gənclərin süni intellekt botları ilə keçirdikləri narahatedici yazışmalardan sonra intihar etmələri kimi faciəli hadisələrin fonunda gündəmə gəlib. Xatırladığınız kimi, "ChatGPT" də bir müddətdir bu cür bir intihar hadisəsinə görə məhkəmə prosesi ilə üz-üzə qalıb. Yeni qanuna əsasən, Kaliforniyada fəaliyyət göstərən texnologiya şirkətləri istifadəçilərin yaşını yoxlamalı, intihar və ya özünə zərər vermə ilə bağlı danışıqlara müdaxilə planı hazırlamalı və söhbət etdikləri “şəxsin” əslində süni intellekt olduğunu aydın şəkildə bildirməlidirlər.

Qanunun əsas məqsədi, xüsusilə emosional baxımdan kövrək və həssas fərdləri qorumaqdır. Süni intellektin insan dostluğunu təqlid etmə bacarığı artdıqca, yanlış yönləndirmə, psixoloji istismar və digər mənfi təsirlərlə bağlı narahatlıqlar da artır. Bu qərar, texnologiya nəhənglərinin yaratdıqları məhsulların nəticələrinə görə ilk dəfə olaraq real məsuliyyət daşımalı olduqları bir dönüm nöqtəsi kimi qiymətləndirilir.

Kaliforniyanın bu addımının gələcəkdə beynəlxalq standartlara çevriləcəyi gözlənilir. ABŞ federal hökuməti də oxşar istiqamətdə araşdırmalar aparır və digər ştatların bu qanunu nümunə götürəcəyi ehtimal edilir.

Digər tərəfdən, Ohayoda təqdim olunan qanun layihəsi süni intellektlə insanlar arasında yaranan “emosional asılılığın” qarşısını almağı və insan-maşın münasibətlərində etik sərhədləri müəyyənləşdirməyi hədəfləyir. Mütəxəssislər bu cür münasibətlərin "süni intellekt psixozu" adlandırılan obsesif davranışlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Ohayodakı bu təşəbbüs sadəcə bir qadağadan ibarət deyil. Bu həm də cəmiyyətin “şəxsiyyət” və “bağlılıq” anlayışlarını yenidən nəzərdən keçirdiyi bir dövrün başlanğıcı ola bilər. Bununla belə, bir çox insan bu qanunların şəxsi azadlıqları və texnoloji yenilikləri məhdudlaşdıra biləcəyini düşünür.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri