Süni intellektlə idarə olunacaq klub yaradılır
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərədə bir qrup investor futbol tarixində qeyri-adi layihə üzərində işləyir.
QOL.az xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, konsorsium tamamilə süni intellekt tərəfindən idarə olunan futbol klubu yaratmağı planlaşdırır. Layihəyə əsasən, klubda heyətin seçimi, taktika və dəyişikliklər kimi bütün qərarlar insan müdaxiləsi olmadan veriləcək.
Bildirilib ki, xüsusi proqram təminatı oyunçuların fiziki və psixoloji durumunu analiz edərək start heyətini müəyyənləşdirəcək. Hətta fasilələrdə motivasiya çıxışları üçün Ser Aleks Ferqyuson və Xosep Qvardiola kimi məşqçilərin nitqlərindən ibarət bazadan da istifadə olunacaq.
Qeyd edək ki, transfer danışıqları və müqavilələr də süni intellekt əsaslı çat-bot vasitəsilə aparılacaq ki, bu da agentlərin rolunu azalda bilər.
Xatırladaq ki, layihənin reallaşacağı təqdirdə klubun İngiltərə futbol sisteminə daxil edilməsi planlaşdırılır və bu təşəbbüs artıq idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 Aprel 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















