ABŞ ın Qərbi Virciniya ştatında daşqınlar nəticəsində 5 nəfər ölüb
Icma.az, Operativ MM portalına istinadən məlumat verir.
ABŞ-ın Qərbi Virciniya ştatında güclü yağışın səbəb olduğu daşqınlarda 5 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.
Qərbi Virciniya qubernatoru Patrik Morrisi verdiyi açıqlamada sel fəlakəti nəticəsində 5 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə itkin düşdüyünü bildirib.
Morrisi bildirib ki, sel nəticəsində bəzi binalar dağılıb.
Səlahiyyətlilər itkin düşmüş şəxslərin axtarışlarının pilotsuz uçuş aparatları, axtarış-xilasetmə itləri və təcili yardım qruplarının dəstəyi ilə davam etdiyini bildirib.
Milli Meteoroloji Xidmət (NWS) insanların daşqınlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib və seldən zərər çəkmiş ərazilərdə fövqəladə vəziyyət elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 İyun 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















