Icma.az
close
up
RU
Virciniya ştatında mühüm görüş...

Virciniya ştatında mühüm görüş...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

ABŞ dünyaya mesaj göndərir

ABŞ generalları bir araya toplaşacaqlar. Yaxın zamanda ölkənin hərbi-siyasi tarixində mühüm hadisənin baş verməsinin şahidi ola bilərik. Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinin yüzlərlə general və admiralına sentyabrın 30-da Virciniya ştatında Dəniz Piyadaları Korpusunun bazasına toplaşmağı əmr edib. “The Washington Post” qəzeti qeyd edir ki, qeyri-adi direktiv ABŞ-ın dünyadakı demək olar bütün yüksək rütbəli hərbi komandirlərinə göndərilib. Sərəncam Pentaqonun fəaliyyətini müvəqqəti dayandırması fonunda və Pentaqonda Heqset komandasının yüksək hərbi komandanlıqların birləşdirilməsi planlarını elan etməsindən sonra verilib. Nəşr, həmçinin məlumat verib ki, görüşdə ABŞ və digər ölkələrdən təxminən 800 general və admiralın, o cümlədən Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunda yerləşən münaqişə zonalarındakı komandirlər və yüksək rütbəli zabitlərin iştirakı gözlənilir. Əmr komandanlıq vəzifələrində briqada generalı və ondan yuxarı və ya onlara bərabər tutulan hərbi rütbəli zabitlərə, habelə onların sıralarına daxil olan yüksək rütbəli zabitlərə şamil edilir. ABŞ generallarının görüşünə Prezident Donald Trampın da qatılacağı gözlənilir. Tramp “Truth Social” şəbəkə hesabında bildirib ki, sentyabrın 30-da Virciniya ştatında ölkənin müdafiə naziri Pit Heqsetin amerikalı generallar və admirallarla keçirəcəyi görüş onların döyüş ruhunu möhkəmləndirməyə yönəlib. “Mən generallara demək istəyirəm ki, biz onları sevirik, onlar hörmətli liderlərdirlər, güclü, qətiyyətli, ağıllı və mərhəmətli olsunlar. Bütün məsələ bunda - hərbi birlik ruhundadır. Artıq bunu etməyin vaxtıdır”, - deyə o, vurğulayıb.

Görüşün məqsədi nədir?

Bir sıra Qərb ekspertləri hesab edirlər ki, sentyabrın 30-da Virciniya ştatında Amerika generallarının görüşünün təşkilində əsas məqsəd ABŞ-ın daxili və xarici təhlükəsizliyinə diqqətin artırılması, o cümlədən ölkənin qlobal müdafiə-təhlükəsizlik strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlıdır. Ekspertlər belə bir fikirdədirlər ki, ABŞ dünyanın müxtəlif bölgələrində öz ənənəvi hərbi-strateji mövqeyini qorumaq üçün səylərini artıracaq. Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ yeni dünya nizamı və qlobal təhlükəsizlik sisteminin formalaşmasında  aktiv rol oynamaq niyyətindədir. “Bu gün dünyanın bir çox bölgələrində münaqişələr yaşanmaqdadır. Şərqi Avropa və Yaxın Şərqdə bu münaqişələrin şahidi oluruq.  Hətta Uzaq Şərqdə belə, xüsusilə Tayvan körfəzi ətrafında çox mürəkkəb proseslər cərəyan edir. Bütün hallarda bu münaqişələrin və proseslərin qlobal təsirləri var. Artıq demək olar ki, hazırkı dünya nizamı və qlobal təhlükəsizlik sistemi sıradan çıxmaq üzrədir. Yeni qlobal təhlükəsizlik sisteminin formalaşmasına yönələn mexanizmlər gündəmə gəlir. Təbii ki, bu mexanizmlərin ortaya çıxmasında böyük güc mərkəzlərinin rolu var. ABŞ da bu kimi məsələlərdə öz sözünü deyir. ABŞ-ın dünyanın müxtəlif bölgələrində hərbi bazaları var - Avropa, Yaxın Şərq və Uzaq Şərqdə, xüsusilə də dünyanın dörd okeanı - Sakit, Hind, Atlantik və Şimal Buzlu Okeanda öz hərbi mövcudluğunu davam etdirməkdədir,” - deyə İ.Vəlizadə əlavə edib ki, Vaşinqton yeni qlobal münasibətlər sistemində aparıcı və həlledici rol oynmaq niyyətindədir: “Hazırkı proseslər onu deməyə əsas verir ki, Vaşinqton yeni dünya nizamında maraqlarının nəzərə alınmamasından ehtiyatlanır. Bu gün Yaxın Şərqdə yeni regional güc mərkəzləri meydana gəlib. Türkiyə və İran bu istiqamətdə fəallıq nümayiş etdirirlər. Avropada isə Rusiya öz şərtlərini diktə edir. Hazırda həm Şərqi Avropada, həm də Yaxın Şərqdəki münaqişələrdə ABŞ hələ ki, ikinci dərəcəli rol oynayır. ABŞ İsraili və Ukraynanı dəstəkləsə də, münaqişələrə birbaşa müdaxilə etmir. Amma Şərqi Avropa və Yaxın Şərqdə hazırkı hadisələr elə bir xətt üzrə inkişaf edə bilər ki, ABŞ proseslərə müdaxilə etmək məcburiyyətində ola bilər. Vaxtilə - İkinci Dünya müharibəsinin ilk illərində ABŞ müharibəyə qatılmamağa çalışırdı, amma Pörl-Harbor limanının Yaponiya qırıcıları tərəfindən bombalanmasından sonra ABŞ bu dünya müharibəsinə qatılmağa məcbur oldu”. Ekspert vurğulayıb ki, Trampın iştirakı ilə ABŞ generallarının görüşü yalnız bir məqsədə söykənib: “ABŞ bu kimi addımlarla dünya ölkələrinə mesaj göndərir ki, Vaşinqton da yeni dünya nizamı və qlobal təhlükəsizlik sistemində öz sözünü deyəcək. Yəni Vaşinqtonun hazırkı qlobal proseslərin gedişatında maraqları nəzərə alınmalıdır”.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri