Icma.az
close
up
RU
ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 17 noyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycan və Amerika musiqiçilərinin birgə təqdimatında konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın məlumatına görə, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Birinci Unitar Universalist Kilsəsi tərəfindən və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən konsertdə Cənubi Kaliforniyada yaşayan 250 nəfərədək azərbaycanlı, yerli ictimaiyyət

nümayəndələri, müxtəlif milli və dini icmaları təmsil edən qruplar iştirak ediblər.

Kilsə nümayəndəsi açılış nitqi ilə çıxış edərək konsertin ABŞ və Azərbaycan arasında dostluğa həsr edildiyini bildirib.

Kaliforniya Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Sevil Fərəcova da çıxışı zamanı konsert proqramının iki mədəniyyət arasında körpülərin inşa edilməsinə, musiqi və incəsənət vasitəsilə dostluqların möhkəmlənməsinə həsr edildiyini qeyd edib.

S.Fərəcova noyabr ayının azərbaycanlılar üçün əhəmiyyətini qeyd edib, iştirakçılara Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü barədə məlumat verib, bu günlərin tariximizdəki əhəmiyyətini vurğulayıb.

Səhnəyə ilk çıxan azərbaycanlı musiqiçiləri bəstəkar, pianoçu və aranjımançı Emin Kərimi təqdim edib, Azərbaycan musiqisi və amerikalı musiqiçilərlə işbirliyi nəticəsində ortaya çıxmış ifadan bəhs edib. Peşəkar opera ifaçısı Yuliya Behbudova ifasından öncə 2025-ci ilin Azərbaycanın mədəniyyət tarixində çox önəmli 3 yubileylə yadda qaldığını vurğulayıb. Y.Behbudova dahi bəstəkar Üzeyir Hacıbəyli, “Arşın mal alan” filmi və Azərbaycan Respublikasının Xalq artisti Rəşid Behbudov barədə məlumat verib və ifalarını Rəşid Behbudovun xatirəsinə həsr edib. Daha sonra Əmin Mahini tamaşaçılara kamança barədə, Bəhmən Mirzəzadə isə tar barədə məlumat verib, musiqiçilər “Qara tellər” və “Xudayar təsnifi”ni ifa ediblər.

Amerikalı musiqiçilər Kevin DelMastro, Daniel Nilsen, Yulian Straus, Mark Reyes və Deni Qutyerres tərəfindən də Amerikan musiqisinin bluz, caz və klassik məktəblərindən nümunəvi musiqilər ifa edilib.

Konsertin sonunda azərbaycanlı və amerikalı musiqiçilər tərəfindən Kaliforniyada ilk dəfə olaraq birlikdə “Sarı Gəlin”, “Göygöl” və s. mahnıları ifa edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri