Icma.az
close
up
RU
ABŞ ın 10 şəhərində Azərbaycan nümayəndəliyi açılacaq

ABŞ ın 10 şəhərində Azərbaycan nümayəndəliyi açılacaq

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Biznes Assosiasiyası Amerikadakı sahibkarlarımızı vahid ekosistemdə birləşdirəcək

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası ABŞ-ın aparıcı 10 şəhərində nümayəndəliklərini açmağı planlaşdırır.  “Caspian Energy Club”ın sədri və Telman Əliyev bildirib ki, nümayəndəliklər Nyu-York, Los-Anceles , San-Fransisko, Vaşinqton, Çikaqo, Hyuston, Ostin, Sietl, Atlanta və Mayami şəhərlərində fəaliyyət göstərəcək. “Caspian Energy Forum”, “Caspian Innovation Forum”, “Caspian Investment Forum”, “Caspian Industry Forum” kimi beynəlxalq platformalar çərçivəsində planlaşdırılır. Həmin şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, eləcə də sahibkarları birləşdirən assosiasiyalarla memorandumlar imzalanması da nəzərdə tutulur. Bu isə həmin təşkilatlarda birləşən şirkətlərin “Millibiz” ekosisteminə qoşulmasını təmin edəcək.

Qeyd edək ki, “Millibiz” biznes assosiasiyası ekosistemi Azərbaycan biznesinin xaricdə və əks istiqamətdə genişlənməsinə kömək edən platformadır. Platforma ölkə hüdudlarından kənarda yerli sahibkarları birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətlərin beynəlxalq bazarlara çıxışını və regionlara beynəlxalq investisiyaların cəlbini təşviq edən işqüzar sistem kimi fəaliyyətini genişləndirir. Azərbaycan Milli Biznes Assosiasiyası yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açmağı planlaşdırır ki, strateji hədəflər sırasında ABŞ ilk yerlərdən birini tutur.

İqtisadi əlaqələrin müasir gündəliyi

Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya edir, beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolunu və çəkisini artırır. Respublikamız öz iqtisadi potensialına görə hazırda aparıcı dünya dövlətlərinin, o cümlədən ABŞ-ın nəhəng şirkətlərinin diqqət mərkəzindədir. Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti xarici şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə yatırmağa həvəsləndirir.

Qlobal çağırışlar və yeni trendlər isə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühiti şəraitində Amerika şirkətləri üçün də yeni trendləri meydana çıxarır. İqtisadiyyatda innovasiyaların tətbiqi və rəqəmsallaşmada xüsusi inkişaf nailiyyətlərinə malik ABŞ Azərbaycanla iqtisadi əlaqələrin müasir gündəliyinə bu prizmadan daha çox diqqət yetirir.

Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində imzalanan sazişlər və əldə edilən anlaşmalar iqtisadi sahədə ikitərəfli münasibətlərdə yeni səhifə açır. Azərbaycan ABŞ-la enerji və qeyri-enerji sahələrində yeni əməkdaşlıq layihələri icra etməyə hazırlaşır. “Exson”, “SpaceX”, “EXIM Bank”la razılaşmalar çoxşaxəli iqtisadi təmasların bir qoludur. İlk mərhələdə innovativ və kosmik texnologiyalar, süni intellekt həllərinin tətbiqi, maliyyə və yeni sənaye quruculuğu, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanları səfərbər olunsa da, növbəti addımlar biznes icmaları arasında birbaşa əlaqələrin təmin edilməsindən ibarət olacaq.

Amerika Ticarət Palatası biznesə dəstək verəcək

Ötən illərdə Amerikanın bir sıra ştalarında Azərbaycanın investisiya və iqtisadi imkanları barədə missiyalar təşkil olunub, biznes üzvləri arasında təmaslar qurulub. Oklahoma və İllinoys ştatlarında ABŞ və Azərbaycanın kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən sənaye və kənd təsərrüfatı forumları keçirilib. Bu tədbirlər ABŞ-ın iri sənaye və kənd təsərrüfatı ştatlarının kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamları ilə azərbaycanlı sahibkarlar arasında əməkdaşlığının qurulması, yeni texnoloji alətlərlə tanışlıq, orta və iri təsərrüfatları idarə etmək və məhsuldarlığı artırmaq üçün müasir innovasiyaları tətbiq etmək baxımından mühüm əhəmiyyət kəsb edib.

Amerika şirkətləri həmişə Azərbaycanda öz bizneslərini genişləndirməkdə maraqlı olub. Bu prosesdə Azərbaycandakı Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ilə birgə əməkdaşlıq da xüsusi önəm daşıyır. Azərbaycanda yerləşən xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən aparıcı qeyri-kommersiya assosiasiya olan bu təşkilat ölkəmizin iqtisadiyyatının sektorlarında fəaliyyət göstərən 270-dən çox üzv şirkəti birləşdirir.

Ötən həftə Vaşinqtonda imzalanan tarixi sənədələri alqışlayan Palata Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni bir mərhələnin başlandığını bəyan edərək öz imkanlarını daha da gücləndirəcəyini diqqətə çatdırıb. “AmCham Azərbaycan” hesab edir ki, bu mühüm razılaşma təkcə uzunmüddətli sülhün təmin olunmasına deyil, həm də ticarət, investisiya və dayanıqlı iqtisadi artım üçün daha əlverişli mühitin formalaşmasına töhfə verəcək. Palata bu addımı regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və beynəlxalq biznes əməkdaşlığı üçün yeni imkanların açılması baxımından mühüm hadisədir.

“AmCham Azərbaycan” dialoqun inkişafına, tərəfdaşlıqların gücləndirilməsinə və dayanıqlı sülh ilə iqtisadi tərəqqiyə töhfə verən təşəbbüsləri dəstəkləməyə sadiqliyini elan edərək Amerika biznes icması ilə Azərbaycanın iqtisadi blokları arasında körpü rolunu oynayacağını, əlverişli biznes layihələrini təşviq edəcəyini, ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı istiqamətində fəaliyyətini artıracağını da bildirir.

Birbaşa təmasların qurulmasında koordinasiyaedici rol

Ümumiyyətlə, Azərbaycandakı Amerika Ticarət Palatası daxil olmaqla, ABŞ-ın müxtəlif iqtisadi təsisatları, biznes qrupları birgə ticarət missiyaları təşkil etməklə və qarşılıqlı fəaliyyətlərlə Amerika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına töhfə vermək niyyətindədir. Bu çoxistiqamətli əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatına ABŞ şirkətlərinin yeni axınlarına və ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksələcəyinə əminliyi artırır.

Göründüyü kimi qeyd etdiyimiz situasiyalar və yeni iqtisadi çağırışlar fonunda qarşılıqlı əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərdən biri kimi Azərbaycanın biznes komandası üzvlərinin, o cümlədən Milli Biznes Assosiasiyasının ABŞ-da xüsusi təmsilçiliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Biznes  Assosiasiyasının Amerikanın 10 şəhərində nümayəndəlik açması iqtisadi təşviqlərin bir hissəsi olmaqla birbaşa təmasların qurulmasında koordinasiyaedici rol oynaya bilər.

Beləliklə, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının ABŞ-ın 10 şəhərində nümayəndəlik açmaq təşəbbüsü Azərbaycanın iqtisadi imkanlarının təşviqində mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri