Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

ABŞ ın simvolu məhv olur: Dünyanın ən böyük quşlarından biri barədə nə məlumdur?

ABŞ ın simvolu məhv olur: Dünyanın ən böyük quşlarından biri barədə nə məlumdur?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Möhtəşəm görünüşünə baxmayaraq, ağbaş qartallar bir sıra təhlükələrlə üzləşir.

Dünyanın ən böyük quşlarından biri olan və ABŞ-ın milli simvolu kimi tanınan ağbaş qartallar müasir dövrdə məhv olma riski ilə qarşı-qarşıyadır. 

Qaynarinfo xəbər verir ki, "Discover Wildlife" nəşri bu nadir quşlar haqqında ətraflı məlumat təqdim edib.

Ağbaş qartallar necə görünür?

Ağbaş qartal qəhvəyi bədənə, ağ başa, sarı gözlərə və qövsvari dimdiyə malik yırtıcı quşdur. Şimali Amerikada yaşayan bu nəhəng quşlar iki metrə çatan qanad genişliyinə malikdir, bu da onların az enerji sərf edərək uzun müddət uçmasına imkan verir.

Adətən dişi qartallar erkəklərdən daha böyük olur. Dişilərin qanad açılımı 2,5 metrə, erkəklərin isə 2 metrə qədər çata bilər.

Ağbaş qartallar nə ilə qidalanır?

Bu quşlar əsasən balıq və digər kiçik heyvanlarla, o cümlədən quşlar, dələ, dovşan və digər kiçik məməlilərlə qidalanır. Bundan əlavə, bəzən digər yırtıcıların ovunu oğurlayaraq enerji sərf etmədən qidalanmağa üstünlük verirlər.

Qartallar necə ov edir?

Ağbaş qartalların yüksək ov qabiliyyətinə malik olmalarını təmin edən bir neçə xüsusiyyəti var. Kəskin görmə qabiliyyəti sayəsində onlar ovlarını bir mil (təxminən 1,6 km) uzaqdan görə bilirlər. Hədəfi müəyyən etdikdən sonra təxminən 160 km/saat sürətlə eniş edərək iti caynaqları ilə ovu tuturlar.

Ovlarını öldürdükdən sonra qövsvari iti dimdikləri ilə əti parçalayıb hissə-hissə udurlar. Artıq qida isə boğazlarında yerləşən xüsusi kisədə saxlanılır.

Qartallar necə yuva qurur?

Ağbaş qartallar ömrüboyu tək bir partnyorla cütlük qururlar. Cütlük yumurta qoymağa hazır olduqda, iri ağacların zirvəsində nəhəng yuva qurur. Bu, balaların yırtıcılardan qorunmasına kömək edir.

Yumurtaları həm erkək, həm də dişi qartal inkubasiya edir. Hər bir yuvada adətən 2-3 yumurta olur və balalar təxminən 35 gün ərzində çıxır.

Bala qartallar nə vaxt uçmağa başlayır?

Yeni doğulan qartalların başları boz rəngdə olur və 4-5 yaşlarına qədər bu rəngdə qalır. Valideynlər balalara ilk üç ay ərzində baxır və onları uçuşa və müstəqil yaşamağa hazırlayır.

Yetkin qartallar təxminən 6 həftə ərzində balalara ov etməyi və yem tapmağı öyrədirlər.

Ağbaş qartallar harada yaşayır?

Bu quşlar Alyaska, Kanada, Meksika və ABŞ-ın bütün ştatlarında, ancaq Havay adaları istisna olmaqla, geniş yayılıb. Dünyada yaşayan ağbaş qartalların yarıdan çoxu Alyaskada məskunlaşıb və burada onları ilboyu görmək mümkündür.

Qartallar adətən meşəlik ərazilərdə, sahil zolaqları, çaylar, göllər və digər su hövzələrinin yaxınlığında yaşayırlar.

Ağbaş qartallar hansı təhlükələrlə üzləşir?

Bu möhtəşəm quşlar ovlanma, yaşayış mühitinin itirilməsi və kimyəvi çirklənmə səbəbindən az qala məhv edilmişdi.

Xüsusilə DDT (dixlordifeniltrixloroetan) adlı pestisid, qartalların azalmasının əsas səbəblərindən biri olub. Bu kimyəvi maddə çaylara qarışaraq balıqlara keçirdi və həmin balıqlarla qidalanan qartalların yumurta qabıqlarının incəlməsinə və inkubasiya zamanı çatlayaraq bala çıxmamasına səbəb olurdu.

ABŞ-da DDT istifadəsi qadağan olunduqdan sonra ağbaş qartalların sayı yenidən artmağa başladı. Lakin onlar hələ də qeyri-qanuni ovçuluq, elektrik xətləri ilə toqquşma, qurğuşun zəhərlənməsi, quş qripi, avtomobil qəzaları və ekoloji çirklənmə kimi təhdidlərlə üzləşirlər.

Ağbaş qartal necə ABŞ-ın milli simvoluna çevrildi?

Bu quş 1782-ci ildə ABŞ-ın Böyük möhüründə qanadlarını açmış vəziyyətdə təsvir edildikdən sonra milli simvol statusu qazanıb.

Tarix boyu qartallar gücün və azadlığın rəmzi kimi qəbul edilib. Günümüzdə də ağbaş qartal ABŞ-ın milli emblemi kimi beynəlxalq səviyyədə tanınır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Fevral 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri