Icma.az
close
up
RU
Dünyanın ən böyük neməti

Dünyanın ən böyük neməti

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu yazıda can əmanətindən, o əmanəti qorumağın ən təbii yollarından danışacağıq.
Adam var bütün işi-gücü canına qulluq etmək, ən böyük arzusu da uzun yaşamaqdır. Adam da var ki, daşıdığı canı Allahın əmanəti bilir və onu Onun üçün qoruyur. Nəticə etibarı ilə hər ikisi eyni qapıya çıxır, amma aradakı niyyət, düşüncə tərzi fərqlidir. Can əmanətini doğru-düzgün daşımağın yolları da elə həqiqi Sahibinin göndərdiyi kitabda, Qurani-Kərimdə bildirilir. Bunun ilkin şərtlərindən biri hər cür haramdan uzaq durmaq, təmiz yemək, təmiz geyinmək, təmiz danışmaq, təmiz düşünmək, təmiz yaşamaqdır.
Bizə dinamik, hərəkətli bir həyat yaşamaq tövsiyə olunur. İnsan gündəlik qəbul etdiyi qida rasionunu aktiv hərəkətləri, həmçinin, gündəlik işləri ilə xərcləməli, "yandırmalıdır". Bu baxımdan, Ramazan ayında oruc tutmağın da çox hikmətləri, çox faydaları var. Əslində, bu ibadətdə başqa fayda ön planda olmamalıdır. Çünki Ramazan ayında oruc tutmaq Allahın (c.c.) əmridir. Allahın (c.c.) əmri olan yerdə isə başqa söhbət əhəmiyyət daşımaz. Amma bir məsələ də var ki, Allahın (c.c.) əmri hər baxımdan bizim xeyrimiz üçündür, istər mənəvi, istərsə də, fiziki. Yəni, ildə bir ay oruc tutmaq insan orqanizmini sanki yeniləyir, yuyub təmizləyir, hələ rüşeym halında olan bir çox xəstəlikləri, fəsadları orqanizmdən uzaqlaşdırır.
Bu gün dünyada insanların köklük xəstəliyindən qurtulmaq və ya başqa sözlə, arıqlamaq üçün xərclədiyi vəsait qidaya verilən vəsaitdən heç də az deyil. Nəyi yemək, nə vaxt yemək, nə qədər yemək hər kəsin maraqlandığı ən mühüm suallar arasında yer almaqdadır.
Texnikanın inkişafı ilə dünyanın hər yerində robot cihazlar insan əməyini sıxışdırır. Bir vaxtlar yüz adamın gördüyü işi indi robotların köməyi ilə iki nəfər də yerinə yetirə bilir. İnsanlar fiziki gücdən, ağır zəhmətdən uzaq düşürlər. Xüsusilə də, böyük şəhərlərdə çox sayda insanlar passiv həyat yaşadıqları üçün artıq çəkidən, yüksək təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkirlər. Ona görə də, həkimlər əksər xəstələrə piyada gəzməyi, beləliklə də, yediklərini "yandırmağı" tövsiyə edirlər.
Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb olur. Bu baxımdan hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Həmin amillərə zəhərlənmələr, infeksiyalar, orqanizmin həddindən çox soyuması (və ya qızması), düzgün qidalanmamaq, az hərəkət etmək, zərərli vərdişlər və ya işlərlə məşğul olmaq,
xüsusi ultrabənövşəyi və rentgen şüaları, ya da şüalanmanın başqa növləri... aiddir. Həddindən artıq zehni və fiziki əməklə məşğul olmaq, doyunca yatmamaq, yaxşı istirahət etməmək, istehsalat və məişət yükü, daxili və xarici mühit amilləri və nəhayət, stress kimi faktorlar da insan sağlamlığının pozulmasına səbəb olur. Bütün bu problemləri düzgün şəkildə həll etmək isə insan sağlamlığını qoruyan vacib ünsürlər hesab olunur.
Təmiz havada gəzməyi, meşədə istirahət etməyi, günəş vannası qəbul etməyi də unutmaq olmaz. Yay fəslində daha çox tərləmə halları olduğu üçün içilən suyun miqdarına da diqqət yetirmək lazımdır. Çünki su aldığımız hava qədər vacibdir. Üstəlik, suyun tərkibi minerallarla zəngindir. Bu baxımdan, orqanizmdə gedən reaksiyalarda su həlledici rol oynayır. Bədən temperaturunu tənzimləyir, həzmə müsbət təsir edir, orqanizmi zərərli maddələrdən təmizləyir.
İnsan həyatını məhv edən amillərdən biri də zərərli vərdişlərdir. Bu zərərli vərdişlər, ilk növbədə, insanın iradəsini zəiflədir və əksər hallarda onu asılı hala salır. Bir ailədə bu kimi zərərli vərdişlər varsa, orada nə rahatlıq olar, nə də könül xoşluğu. Ona görə də, uşaqların necə tərbiyə alması, kimlərlə oturub-durması çox mühüm məsələdir. Valideynlər gərək bu məsələni gündəlik işlərindən də üstün tutsunlar, böyüyən övladlarını nəzarətdən kənarda saxlamasınlar.
Gündəlik gərgin rejim isə insanların davamlı olaraq stress halında olması ilə nəticələnir ki, bu da bir çox arzuolunmaz hallara gətirib çıxarır. Stress, depressiya halları günümüzdə xəstəlikləri törədən əsas səbəblərdən biri hesab olunur.
Bəzən son dərəcə bəsit, son dərəcə mənasız bir şey uğrunda insanların ölüm-qalım savaşına çıxdığını görürük. Halbuki haqlı, ya haqsız olmasından asılı olmayaraq tərəflərdən biri o mübahisədən geri çəkilsə, hər şey bir anda yerbəyer olar.
Orqanizmin müdafiəsində mərkəzi sinir sistemi və ali sinir fəaliyyəti də mühüm rol oynayır. Maddələr mübadiləsinin istənilən səviyyədə olması üçün isə düzgün qidalanmaq və idmanla məşğul olmaq əsas şərtlərdən biridir. İdman orqanizmi tarazlayır, qan dövranını tənzimləyir, stresdən uzaqlaşdırır.
Sağlamlıq baxımından üzmək, qaçmaq, velosiped sürmək də çox yaxşıdır. İnsanın fiziki sağlamlığı onun psixoloji vəziyyətindən, daha dəqiq desək, öz hisslərini cilovlaya bilmək, emosional gərginliklərini aradan qaldırmaq, həmçinin, müxtəlif zövqlü (ya da xasiyyətli) insanlar arasında harmonik münasibətləri peşəkarcasına tənzimləmək bacarığından da asılıdır.
İnsanlar var ki, öz sağlamlıqlarını qorumaq üçün müəyyən vərdişlərə sahib olurlar. Kimisi gecə gəzintiyə çıxır, kimisi gündə bir saat velosiped sürür, kimisi vaxtaşırı tennis oynayır, kimisi də hər gün (üstəlik, yay-qış demədən) dənizdə çimir.
Sağlamlığımızı qoruyaq, sağlam qidalanaq və son illər həkimlərimizin tez-tez ifadə etdikləri kimi "Allahın verdiyi ömrü sağlam yaşayaq". Sağlam yaşayaq ki, başqalarına yük olmayaq, əziyyət çəkməyək, vaxtı çatanda da sorğu-sualda zərərə uğrayanlardan olmayaq.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Mart 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri