ABŞ ın strateji neft ehtiyatları 1982 ci ildən bəri minimum səviyyəyə enib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın Strateji Neft Ehtiyatı (SPR) bazarın sabitləşdirilməsi məqsədilə neftin ehtiyatdan buraxılması fonunda son 44 ilin ən aşağı səviyyəsinə düşüb.
“Reuters” ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, görə, ötən həftə ölkənin Strateji Neft Ehtiyatında xam neft ehtiyatlarının həcmi 283,8 mln. barelə qədər azalıb. Bu, 1982-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.
Bildirilir ki, ehtiyatların azalması ABŞ-ın SPR-dən 172 mln. barel neftin çıxarılması ilə bağlı razılaşmasının bir hissəsidir.
Məlumata görə, 1975-ci ildə yaradılan Strateji Neft Ehtiyatının ümumi saxlama tutumu 714 mln. bareldir.
Qeyd etmək lazımdır ki, mart ayında ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazından neft ixracını məhdudlaşdırmasından sonra ehtiyatdan 172 mln. barel neftin çıxarılmasına göstəriş verib. Bu addım tarixdə xam neft tədarükündə ən böyük pozuntu fonunda atılıb.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, SPR-nin təhlükəsiz fəaliyyətini təmin etmək üçün tələb olunan minimum neft həcmi təxminən 70 mln. bareldir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Sentyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















