CNN: ABŞ nin strateji neft ehtiyatları 1983 cü ildən bəri ən aşağı səviyyəyə düşüb
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın strateji neft ehtiyatları son 40 ilin ən aşağı səviyyəsinə düşüb. Bu barədə CNN məlumat yayıb. Ötən həftə bazara əlavə 8.9 milyon barrel neft çıxarıldıqdan sonra ehtiyatların həcmi 340.3 milyon barrelə enib. Bu göstərici 2023-cü ilin iyulunda qeydə alınan əvvəlki minimumdan da aşağıdır.
Telekanal bildirir ki, strateji ehtiyatlarda sonuncu dəfə bu qədər az neft 1983-cü ildə, Prezident Ronald Reyqan dövründə qeydə alınmışdı. Hazırda bu ehtiyatlar yanacaq qiymətlərini sabit saxlamaq və iqtisadi təzyiqi azaltmaq üçün vacib hesab olunur.
ABŞ Neft Rezervinin rəhbəri Mayk Sommers əvvəllər xəbərdarlıq etmişdi ki, rezervin normal işləməsi üçün onun ən azı 20% dolu qalması vacibdir. Hazırda isə ehtiyatlar yarıdan da az səviyyədədir.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 16 İyun 2026 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















