ABŞ ın Türkiyədən Qafqaz xahişi: Rubio Fidana deyib ki...
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə vurğulayıb ki, Vaşinqton Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, diplomatlar əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər: “Dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib”, – sənəddə deyilir.
Rubio həmçinin beynəlxalq terrorizm üçün baza və ya İranın sabitliyi pozan hərəkətləri üçün platforma olmayacaq sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın zəruriliyini vurğulayıb.

