Suriya rəhbərliyi Türkiyədən üzr istəyib Hakan Fidana görə
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyi dekabrın 22-də nazir Hakan Fidanın Suriya Xarici işlər naziri Əsəd Həsən Şeybani ilə birgə keçirilən mətbuat konfransının sonunda suala cavabında yaşanan müəmmalı texniki nasazlıqla (Tərcümə qulaqcıqlara ötürülməyib-Mia.az) bağlı xüsusi açıqlama yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazirlik bunun səbəbini mətbuat konfransını idarə edən Suriya XİN-in məsul şəxsinin məsuliyyətsizliyi ilə əlaqələndirib.
Bildirilib ki, baş verən hadisəyə görə Suriya rəhbərliyi Türkiyədən üzr istəyib: "Nazir Fidanın Qəzzada baş verənlərlə bağlı sualı cavablandırarkən tərcüməçinin səsinin iclas otağındakı qulaqcıqlara çatmamamasına görə Suriya rəhbərliyi Türkiyədən üzr istəyib. Onlar bildirdilər ki, iclasa sədrlik edən Suriya rəsmisi nazirimizin danışığını bitirdiyini düşünüb və xətaya yol verərək texniki avadanlığı yanlışlıqla erkən qapadıb..."
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 Dekabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















