Icma.az
close
up
RU
ABŞ ın Ukrayna məsələsində strateji məğlubiyyəti

ABŞ ın Ukrayna məsələsində strateji məğlubiyyəti

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ-ın Ukraynaya dəstəkdən geri çəkilməsi strateji məğlubiyyətidir.
ABŞ prezidenti D. Tramp Ukrayna müharibəsinin Vaşinqtonun müharibəsi olmadığını bildirərək, C. Bayden administrasiyasının Kiyevə 350 milyard dollar həcmində vəsait ayırdığını vurğulayıb. Ümumilikdə, Tramp uzun müddətdir Ukrayna məsələsində ABŞ-ın birbaşa tərəf kimi iştirakını tənqid edir və bunu daha çox əvvəlki administrasiyanın siyasətinin nəticəsi kimi təqdim edir.
Qeyd edim ki, Ukraynada baş verən Maydan hadisələri ölkədaxili siyasi və sosial narazılıqlar fonunda ortaya çıxsa da, Qərbin – xüsusilə ABŞ-ın – bu proseslərə siyasi və diplomatik dəstəyi ilə qalib gəlib. Ukraynanın Qərbə inteqrasiyası və NATO ilə yaxınlaşması Vaşinqtonun uzunmüddətli strateji maraqları olub. Rusiya isə Ukraynaya qarşı başladığı müharibəni öz təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab kimi əsaslandırır və bunu dolayısı ilə Qərb, xüsusilə də ABŞ-la geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi xarakterizə etmək olar. Moskvanın əsas məqsədi Ukraynanı öz təsir dairəsində saxlamaq, NATO-nun genişlənməsinin qarşısını almaq və qlobal güc balansında fövqəl dövlət statusu əldə etməkdən ibarətdir. Hazırda Rusiya öz prinsipial planından geri çəkilməyib.
D. Tramp administrasiyası ilə əməkdaşlığı müstəvisində çalışır ki, Ukraynada müəyyən taktiki uğurlar əldə edərək, sonrakı proseslərdə strateji qələbəyə çevirsin.
ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyi bu müharibədə mühüm rol oynayır. Bununla belə, Vaşinqtonun prosesdən tam geri çəkilməsi belə, Rusiyanın avtomatik qələbəsinə gətirib çıxarmayacaq. Çünki Böyük Britaniya, Fransa və Almaniya kimi aparıcı Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirmək potensialına malikdir. Eyni zamanda, Ukraynanın müdafiə sənayesi son illərdə əhəmiyyətli dərəcədə güclənib.
Bununla yanaşı, ABŞ-ın Ukrayna məsələsində geri çəkilməsi onun beynəlxalq nüfuzuna ciddi zərbə vura və Avropa müttəfiqləri ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən Vaşinqtonun Ukraynaya dəstəyi davam etdirməsi strateji baxımdan vacib olaraq qalır.
Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İran ətrafında formalaşan gərginlik Çinə qarşı strateji savaşın əsas tərkib hissəsidir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Aprel 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri