Arsen Venger FIFA prezidenti ola bilər
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger FIFA prezidenti postuna namizəd olmaq ehtimalını nəzərdən keçirir.
Moderator.az "L"Équipe" nəşrinə istinadən xəbər verir ki, hazırda FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışan 77 yaşlı mütəxəssis qurumun hazırkı prezidenti Canni İnfantinoya rəqib ola bilər.
Məlumata görə, Vengerə namizədliyini irəli sürməsi üçün bir sıra nüfuzlu şəxslər tərəfindən təkliflər edilib. Fransalı mütəxəssis bu barədə bir neçə həftədir düşünür və yekun qərarını noyabrın ortalarında açıqlaya bilər.
Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. Namizədlər noyabrın 18-dək namizədliklərini rəsmiləşdirməlidirlər. Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















