Icma.az
close
up
RU
ABŞ ın Ukraynaya yardımları davam edəcək: Trampı bu şərtlə razı saldılar...

ABŞ ın Ukraynaya yardımları davam edəcək: Trampı bu şərtlə razı saldılar...

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Trampı inandırıblar ki, Ukraynada qiymətli nadir torpaq elementləri var və həmin metalların əvəzində bu ölkəyə yardımları davam etdirmək olar. “Biz Ukrayna ilə belə bir sövdələşmə əldə etmək istəyirik: onlar bizim verdiyimiz yardımları alır, biz isə əvəzində nadir torpaq elementləri və digər məhsullarla bağlı təminat alırıq. Onların gözəl nadir metalları var. Mən bu sahədə təhlükəsizliyi təmin etmək istəyirəm”, - deyə Tramp jurnalistlərə bildirib.

Əslində bu məsələ Ukraynanı aktiv dəstəkləyən respublikaçı Konqres üzvlərinin məsləhəti ilə hələ ABŞ-dakı seçki kampaniyası dövründə Zelenski tərəfindən gündəmə gətirilib. İki ölkə arasında bu sahədə əməkdaşlığa dair müqavilə mətni də hazırlanıb və Ukrayna rəhbərliyi bu sənədi seçkidən sonra yeni administrasiya ilə imzalamağa qərar verib. Ukraynanın dostu olan respublikaçı senator Lindsi Qrem “Fox TV” və digər respublikaçı platformalarda çıxışlarında Kiyevə yardımları davam etdirməkdə ABŞ-ın marağını əsaslandırmaq üçün Ukraynada 7 trilyon dollarlıq (?) nadir torpaq elementləri və digər qiymətli metallar olduğunu vurğulayaraq bildirirdi ki, strateji əhəmiyyətli bu metalların Rusiyanın və ya Çinin əlinə keçməsinə imkan vermək olmaz".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. 

O bildirib ki, Ukraynada nadir torpaq elementləri həqiqətən də var: "Söhbət mikroçip, elektromobil, smartfon və digər yüksək texnoloji məhsulların istehsalında, hərbi və kosmik sənayedə, atom energetikasında istifadə olunan litium, kobalt, uran, qrafit, titan və sair metallardan gedir. Lakin məsələ burasındadır ki, bu sahədə kəşfiyyat və hasilat işləri asan və qısamüddətli proses deyil. Müqavilənin imzalanması, ABŞ şirkətlərinin Ukraynaya gəlməsi və lazımi avadanlıqlar, mütəxəssislər gətirməsi, hasilat üçün zəruri infrastrukturun yaradılması, hasilata başlanılması üçün illər lazımdır. Bütün bu işləri Trampın səlahiyyət müddəti dövrünə sığışdırmaq mümkün deyil".

Politoloq hesab edir ki, əsas məsələ Ukraynaya verilən yardımların kəsilməməsidir: "Tramp senator Qremin və Zelenskinin danışdığı bu hekayəyə həqiqətən inanıb, yoxsa öz auditoriyasına “baxın, mən Ukraynaya yardımları Bayden kimi boşuna vermirəm, əvəzində çox vacib şeylər əldə edirəm” deyə bilmək üçün belə davranır, vacib deyil. Vacib olan Ukraynaya ABŞ yardımlarının davam etməsidir. Bu, onu göstərir ki, Trampın çevrəsindəki bəzi adamların ciddi əngəllərinə rəğmən, sistem işləyir.

Yeri gəlmişkən, Tramp çox aqressiv şəkildə ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) “ifşa edən” və bu strukturun ləğvini istəyən İlon Maskın mövqeyini bölüşməyib. USAİD-in Dövlət Departamentinin tərkibinə verilməsi planlaşdırılır. Bu gün demokrat Konqres üzvləri və senatorlar İ.Maskın özbaşınalığına (özünü prezident kimi aparmasına) qarşı etiraza qalxıblar və xarici yardımların (ümumən istənilən sahəyə maliyyə ayrılmasının) yalnız Konqresin səlahiyyətində olduğunu nəzərə çatdırıblar".

Aytac,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sitat.info
archiveBu xəbər 04 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri