Icma.az
close
up
RU
Analitik: Avropanın Ukraynaya yardımları davam edəcək

Analitik: Avropanın Ukraynaya yardımları davam edəcək

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Ukraynaya maliyyə yardımı göstərən yeganə mənbə Avropadır. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropanın Kiyevə dəstəyinin yetərsiz olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən bunu deyib:

“Bu gün Ukraynaya göstərilən maliyyə yardımının 100 faizi Avropadan gəlir. Kəşfiyyat və hərbi dəstəyin əsas hissəsi də Avropa tərəfindən təmin olunur”. Qeyd edək ki, Zelenski yanvarın 22-də Davosdakı çıxışında Avropa İttifaqını siyasi qərarlarda tərəddüd göstərməkdə tənqid etmişdi.

Politoloq Abutalıb Səmədov “Sherg.az”a açıqlamasında bildirib ki, Ukrayna Prezidentinin Avropa dövlətlərini tənqid etməsində qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, Volodimir Zelenskinin prezident kimi fəaliyyəti ümumilikdə yanlış addımlardan və bəyanatlardan ibarətdir: 

“Yardımların azalması ilə bağlı iddialarına gəldikdə isə Zelenski haqlıdır. Çünki müharibənin ilk 3 ilində Amerika Birləşmiş Ştatları və Avropa hər il təxminən 80 milyard avro Ukraynaya maliyyə yardımı edirdi. Onun da yarısı hərbi xərclərə, yarısı da digər xərclərə yönəldilirdi. 2026-2027-ci ildə isə Avropanın Ukraynaya ayırdığı yardım cəmi 90 milyard avrodur. Yəni hər ilə 45 milyard avro düşür. Onu da deyim ki, Ukrayna ABŞ və Avropadan hər il təxminən 80 milyard avro həcmində yardım aldığı dövrdə belə, demək olar ki, cəbhədə və ümumi vəziyyətdə ciddi irəliləyiş əldə edə bilmədi və bu vəsait müharibənin gedişatını dəyişmək üçün kifayət etmədi. Bu baxımdan, yardımların az qala yarıya qədər azalması Ukraynanın hərbi, iqtisadi və sosial durumunu daha da ağırlaşdıracaq. Lakin ortada bir reallıq var ki, Avropanın gücü bu qədərinə çatır”. 

Politoloqun sözlərinə görə, Zelenskinin Davosdakı açıqlamalarından sonra Aİ-nin Ukraynaya qarşı münasibətinin dəyişməsi, yardımların dayandırılması kimi ehtimallar real deyil:

“Avropa bunları Zelenskiyə Ukraynanın müdafiəsi üçün yox, özünü təhlükəsizliyini təmin etmək üçün edir. Ukrayna Avropa üçün ön cəbhədir. Avropa Rusiya ilə hərbi qarşıdurmanı qaçılmaz hesab edir və Ukraynanı hərbi və maddi cəhətdən təmin etməklə bu qarşıdurmanı mümkün qədər ləngitməyə çalışır. Avropa Ukrayna ordusunu maliyyələşdirməklə onun sülh danışıqlarına getmədən döyüş əməliyyatlarını davam etdirməsinə şərait yaradır. Bu yanaşma, eyni zamanda, Avropaya Rusiyaya qarşı mümkün və gözlənilən müharibəyə daha yaxşı hazırlaşmaq, hərbi-siyasi imkanlarını gücləndirmək və təhlükəsizlik strategiyasını real döyüş təcrübəsi fonunda formalaşdırmaq imkanı verir. Odur ki, Avropanın Ukraynaya yardımları davam edəcək, sülh danışıqları prosesini pozmağa səy göstərəcəklər, bu günə qədər olduğu kimi bu gündən sonra da əllərindən gələni edəcəklər ki, Ukrayna Rusiya müharibəsi mümkün qədər uzansın. Bu müddətdə Avropada öz hərbi qüvvələrini daha da gücləndirmək imkanı əldə etsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri