Icma.az
close
up
RU
ABŞ İran atəşkəsinin pərdəarxası: Xameneinin tərəddüdü, Əraqçinin rolu...

ABŞ İran atəşkəsinin pərdəarxası: Xameneinin tərəddüdü, Əraqçinin rolu...

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İranın mövqeyinin dəyişməsində ən vacib amil ölkənin yeni dini lideri Müctəba Xameneinin prosesə birbaşa müdaxiləsi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portal 11 fərqli mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ və İran arasında bazar ertəsi günü baş verən təmaslar gərginliklə başlayıb. ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İranın təklif etdiyi 10 maddəlik təklifi fəlakət adlandırıb.
Portalın məlumatına görə, gün ərzində Pakistan vasitəçiləri Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında layihələrin dəyişiklik edilmiş yeni versiyalarının mübadiləsini həyata keçiriblər.
Türkiyə və Misirdəki diplomatik missiyaların dəstəyi ilə gecə ərzində iki həftəlik atəşkəs üçün ümumi bir çərçivə yaradılıb.
Daha sonra diqqətlər yekun qərar üçün yenidən İran rəhbərliyinə yönəlib.
Təhlükəsizlik səbəbləri ilə əsasən dolayı kanallar vasitəsilə rabitə saxlayan Müctəba Xamenei son iki gündə prosesə birbaşa müdaxilə edib.
“Axios”a danışan mənbələrə görə, Xameneinin danışıqlara razılığa gəlmək göstərişi prosesdəki ən kritik amil olub.
“Əgər o, razılığa gəlməsəydi, heç bir razılaşma olmazdı”, - mənbə qeyd edib.
Həmçinin qeyd edilib ki, İranın xarici işlər naziri Abbas Əraqçi həm danışıqlarda, həm də İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) razı salmaqda həlledici rol oynayıb.
Bundan əlavə, Çinin də İranı çıxış yolu tapmağa çağırdığı bildirilib.
Atəşkəs elan etməzdən əvvəl Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb və razılaşmaya əməl olunacağına dair zəmanət alıb.
Daha sonra Tramp Pakistanın Baş Qərargah rəisi Asim Munirlə danışıb və bu da prosesin yekunlaşmasına səbəb olub.
Trampın açıqlamasından dərhal sonra ABŞ ordusuna əməliyyatları dayandırmaq əmri verilib.
Eyni zamanda, Pakistanın Baş naziri Şahbaz Şərif tərəfləri atəşkəs şərtlərini sosial media vasitəsilə paylaşmağa çağırıb.
Lakin tərəflər arasında dərin fikir ayrılıqları səbəbindən proses kövrək olaraq qalır və münaqişənin yenidən başlaması riski hələ də mövcuddur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Aprel 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri