ABŞ İran danışıqlarının növbəti raundunun keçirilməsi sual altına düşüb
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Vaşinqton və Tehran arasında nüvə sazişi üzrə danışıqların altıncı raundu ümumiyyətlə baş tutmaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN İran rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxs iddia edib ki, İran ABŞ-nin nüvə proqramı ilə bağlı yeni təklifini qeyri-real hesab edir, üstəlik, Vaşinqtonun irəli sürdüyü şərtlər həddindən artıq ağırdır.
"Amerikalılar öz mövqelərini mütəmadi olaraq dəyişirlər və bu, indiyə qədər uğurlu danışıqlara əsas maneə olub, eyni zamanda, məsələnin həllini çətinləşdirir", - deyə İran rəsmisi vurğulayıb.

İran ABŞ danışıqlarının növbəti raundunun tarixi açıqlandı
10 İyun 2025 14:32
İran ABŞ danışıqlarının növbəti raundunun keçiriləcəyi yer açıqlandı
19 May 2025 14:52
İran ABŞ danışıqlarının növbəti raundunun tarixi və yeri...
17 Aprel 2025 22:45
Dövlət Departamenti: ABŞ İran danışıqlarının növbəti raundunun vaxtı hələ müəyyənləşməyib
01 May 2025 23:58
İran ABŞ danışıqlarının dördüncü raundunun tarixi açıqlanıb
06 May 2025 17:32

