Icma.az
close
up
RU
ABŞ İran gərginliyi Zəngəzur dəhlizi üçün riskdir Siyasi şərhçi AÇIQLADI

ABŞ İran gərginliyi Zəngəzur dəhlizi üçün riskdir Siyasi şərhçi AÇIQLADI

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Cənubi Qafqaz və Yaxın Şərq ətrafında baş verən geosiyasi proseslər region ölkələrinin təhlükəsizlik və xarici siyasət gündəmini daha da aktuallaşdırıb. ABŞ-nin regional təşəbbüsləri, xüsusilə TRIPP layihəsi çərçivəsində artan diplomatik fəallıq, eləcə də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi böyük güclərin Cənubi Qafqaza marağının yeni mərhələyə keçdiyini göstərir. Qeyd edək ki, TRIPP layihəsi, ABŞ tərəfindən dəstəklənən və Ermənistan üzərindən keçməsi nəzərdə tutulan, orta dəhlizə inteqrasiya olunmuş regional nəqliyyat və infrastruktur təşəbbüsüdür.  Bu proseslər fonunda regionda formalaşmaqda olan siyasi və strateji dinamika diqqətlə izlənilir.

Avtosfer.az xəbər verir ki, ABŞ-nin İrana qarşı hərbi hazırlıqları və sərt ritorikası yalnız Yaxın Şərq üçün deyil, həm də ona coğrafi və siyasi baxımdan yaxın olan ölkələr üçün ciddi təhlükəsizlik sualları doğurur. Mövcud gərginliklər region dövlətlərinin mövqelərinə, iqtisadi əlaqələrinə və təhlükəsizlik balansına birbaşa təsir göstərə biləcək amillər kimi dəyərləndirilir. Bütün bu amillər Cənubi Qafqazda yeni güc nisbətlərinin formalaşıb-formalaşmadığı, həmçinin mümkün risk və çağırışların hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları aktuallaşdırır.

Məsələ ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Avtosfer.az-a açıqlamasında bildirib ki, bu proses Ermənistan üçün Avropa və ABŞ ilə daha sıx kommunikasiya imkanları yaradır, lakin eyni zamanda Rusiya faktoru baxımından müəyyən risklər də daşıyır:
“TRIPP layihəsi Amerikanın planlarında regional ticarət xətlərinin açılmasını, nəqliyyat-logistika inteqrasiyasını nəzərdə tutur və bəzi şərhlərə görə, bu təşəbbüs Rusiyanın, qismən də İranın regiondakı təsirinin balanslaşdırılmasını hədəfləyir. Bu TRIPP layihəsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanı birbaşa Türkiyəyə, oradan isə Avropa bazarlarına bağlayan əsas nəqliyyat-logistika yolu kimi qiymətləndirilir. ABŞ-də bu layihə həm də Çin və Rusiya xəttinə alternativ kimi dəyərləndirilir. İstənilən halda, Azərbaycan bu layihə vasitəsilə regional tranzit mərkəzi statusunu daha da möhkəmləndirir. Artıq Rusiya bu dəhliz üzərində tam nəzarəti həyata keçirə bilmir və onu bloklamaq gücündə də deyil. Beləliklə, Rusiyanın bölgədəki monopoliyası zəifləyir. Bu vəziyyət İranda narahatlıq doğurur. İran hesab edir ki, bu dəhliz onun şimal-cənub tranzit xəttini kölgədə qoya və Tehranın geosiyasi mühasirəyə alınması ilə nəticələnə bilər. Məncə, bu narahatlıqlar İran üçün müəyyən mənada əsaslıdır və mövcud vəziyyət də bunu göstərir. Təbii ki, İran bu layihəyə qarşı kəşfiyyat fəaliyyəti, proksi qruplar, kiber təhdidlər, eləcə də iqtisadi və nəqliyyat təzyiqləri vasitəsilə cavab verməyə və prosesi məhdudlaşdırmağa çalışır. Lakin bu cəhdlərin ciddi nəticə verəcəyi inandırıcı görünmür. TRIPP və Zəngəzur dəhlizi Qərbin regionda sistemli dönüşünün bir elementi kimi qiymətləndirilə bilər. ABŞ–İran gərginliyi fonunda bu dəhlizlə bağlı riskli məqamlar da mövcuddur və düşünürəm ki, məhz bu amillər nəzərə alınaraq layihənin işlək və davamlı hala gətirilməsi istiqamətində addımlar atılmalıdır”.
Nurcan Babək

Oxunub 20

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Fevral 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri