Icma.az
close
up
RU
Gec tez Zəngəzur dəhlizi açılacaq ŞƏRHÇİ

Gec tez Zəngəzur dəhlizi açılacaq ŞƏRHÇİ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

 İndiki vəziyyətdə İranın bu prosesə qarşı çıxmaq imkanı və ya rıçaqları yoxdur

 İran yenidən "Tramp marşrutu" adlandırılan layihəyə qarşı sərt ritorikaya keçib. Məlum olduğu kimi İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistanın səfiri Qriqor Akopyanı qəbul edib və Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı planları barədə İranın mövqeyini son dərəcə sərt formada açıqlayıb. Vilayətinin sözlərinə görə, Trampın Qafqazla bağlı adlandırılan planı Zəngəzur dəhlizindən heç nə ilə fərqlənmir və İran buna qəti şəkildə qarşıdır. O vurğulayıb ki, bu marşrut İranın şimalında NATO-nun mövcudluğu üçün şərait yaradır. Həm də İranın şimal bölgələrinin, həm də Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir. Onun fikrincə, söhbət eyni layihədən gedir, sadəcə, başqa ad altında yenidən" qablaşdırılıb" və indi ABŞ şirkətlərinin Ermənistana gəlişi vasitəsilə həyata keçirilir. Vilayəti deyib ki, İran buna qəti şəkildə qarşıdır.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Sherg.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, Azərbaycanla bağlı olan hər hansı bir məsələyə Tehranın fars molla rejimi belə ağrılı yanaşır və sərt mövqe sərgiləməyə çalışır. Ekspert vurğulayıb ki, rəsmi Tehran hər zaman Azərbaycanla əlaqədar layihələri bloklamağa çalışır:

"Zəngəzur dəhlizi ilə bağlı məsələdə də bunu görürük. İran Bəndər-Abbas limanı vasitəsilə Avropa və Aralıq dənizinə çıxış əldə etməyi hədəfləyir. Bununla da, Şərq-Qərb marşrutu üzərində aparıcı qurum kimi qalmaq istəyir. Ona görə də rəsmi Tehranın mühafizəkar rejimi bu məsələlərin əleyhinə çıxır. Tehranın mühafizəkar fars molla rejiminin Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə dilə gətirməsi İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması üçün təşəbbüslərin fəallaşdığı dövrə təsadüf etməsi diqqətçəkən məqamdır. Bu açıqlama adıçəkilən məsələyə münasibətdə İranın siyasi elitası daxilində Pezeşkian administrasiyası ilə fars mollla rejimi arasında ziddiyyətlərin təzahürü də sayıla bilər. Pezeşkian administrasiyası bir tərəfdən İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində səy göstərir. Digər tərəfdən isə Zəngəzur dəhlizini İranın həyati maraqlarına zidd hesab etmədiyini ifadə edir. Dolayısı ilə həmin dəhlizin imkanlarından İranın da yararlanmasına nail olmaq üçün diplomatik fəallığını artırır".

Analitikə görə, bir neçə gün əvvəl İranın xarici işlər naziri Əraqçinin Azərbaycana səfəri də bu diplomatik fəallıq kontekstində nəzərdən keçirilməlidir:

"Bu səfər regionda mövcud geosiyasi reallıqlar şəraitində Azərbaycanın real gücünün daha da artdığını, regional layihələrdə İranın maraqlarının nəzərə alınması və dəhlizin imkanlarından yararlanması üçün ilk növbədə Azərbaycanla müzakirələrin labüdlüyünün Pezeşkian hökuməti tərəfindən etiraf olunduğunu göstərir. Vilayətinin açıqlamalarının Pezeşkian administrasiyasının bu mövqeyinə qarşı olduğu şübhəsizdir. Görünür, İranın mühafizəkar fars molla rejimi Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkət etmək, Azərbaycanla münasibətlərin normallaşmasına mane olmaq, daxildə isə Pezeşkiana təzyiqləri gücləndirmək niyyətindədir. Diqqətçəkən məqamlardan biri də bundan ibarətdir ki, mühafizəkar fars molla rejiminin "qırmızı xətt" elan etdiyi Ermənistan dəhliz məsələsində Azərbaycan, Türkiyə və ABŞ ilə demək olar ki, eyni mövqeni bölüşür. Görünən odur ki, Tehranın mühafizəkar fars molla rejiminin nümayəndələrinin bu kimi açıqlamaları regionda geosiyasi balansı dəyişmək və Zəngəzur dəhlizi ilə bağlı proseslərin gedişinə təsir göstərmək gücündə deyil. İndiki vəziyyətdə artıq İranın bu prosesə qarşı çıxmaq imkanı və ya rıçaqları yoxdur. Gec-tez Zəngəzur dəhlizi açılacaq, mühafizəkar rejim isə İranı prosesdən kənarda qoyacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri