ABŞ İran görüşünün növbəti mərhələsi bu şəhərdə keçiriləcək Araqçı açıqladı
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Xarici İşlər naziri Abbas Araqçı bu həftə Romada ABŞ-la növbəti danışıqlarda iştirak edəcəklərini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, İraqın xarici işlər naziri Fuad Hüseynlə telefon danışığı zamanı məlumat verib.
Araqçının sözlərinə görə, danışıqlar yenidən Oman sultanlığının vasitəçiliyi ilə baş tutacaq. O, aprelin 12-də baş tutan ilk raundun çox uğurlu keçdiyini və əsas mövzunun İranın nüvə proqramı olduğunu qeyd edib.
İkinci raundun aprelin 19-da, şənbə günü baş tutacağı gözlənilir. İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani artıq Romada danışıqların keçirilməsi ilə bağlı müraciətə müsbət cavab verildiyini təsdiqləyib.
Aysel Əliyeva
Globalinfo.az


