ABŞ İran müharibəsi 41 milyarderin sərvətini 24 milyard dollar artırıb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Beynəlxalq humanitar təşkilat “Oxfam” G7 sammiti ərəfəsində yayımladığı yeni hesabatda bildirib ki, “Böyük yeddilik” ölkələrində fəaliyyət göstərən 41 enerji milyarderi ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra ümumilikdə 23,5 milyard dollar əlavə sərvət əldə edib.
Yeniavaz.com xəbər verir ki, təşkilatın məlumatına görə, enerji və ərzaq qiymətlərinin sürətlə bahalaşması dünya üzrə milyonlarla ailənin büdcəsinə ciddi təsir göstərir. Xüsusilə aşağı və orta gəlirli ölkələr iqtisadi böhranlar, borc yükü və iqlim dəyişikliklərinin yaratdığı problemlər səbəbindən daha ağır vəziyyətlə üzləşib.
“Oxfam”ın proqnozlarına əsasən, dünyanın altı ən böyük neft şirkətinin mənfəəti müharibədən əvvəlki gözləntilərlə müqayisədə 80 faiz və ya 68 milyard dollar artacaq. 2026-cı ilin sonuna qədər həmin şirkətlərin ümumi gəlirinin 152 milyard dollara, yəni gündəlik orta hesabla 416 milyon dollara çatacağı gözlənilir.
Təkcə enerji sektoru deyil, gübrə istehsalı sahəsində də ciddi gəlir artımı qeydə alınıb. Dünyanın üç aparıcı gübrə istehsalçısının mənfəətinin əvvəlki proqnozlarla müqayisədə 23 faiz və ya 928 milyon dollar artacağı bildirilir.
“Oxfam”dan bildirilib ki, münaqişələr dövlətləri dağıtsa və insan həyatına ağır təsir göstərsə də, bəzi böyük korporasiyalar və milyarderlər üçün fövqəladə qazanc mənbəyinə çevrilir. Onun sözlərinə görə, mövcud sistem sərvətin aşağı təbəqələrdən daha varlı qruplara ötürülməsinə xidmət edir.
Təşkilat həmçinin G7 ölkələrini inkişaf etməkdə olan dövlətlərə yardımların azaldılmasına görə tənqid edib. Hesabata görə, 2024–2025-ci illərdə G7 ölkələri rəsmi inkişaf yardımını tarixdə ən böyük həcmdə – 48 milyard dollar azaldıb.
“Oxfam” bildirir ki, bu məbləğ milyarderlərin cəmi doqquz gün ərzində qazandığı sərvətə bərabərdir.
Təşkilat G7 liderlərini korporativ fövqəlgəlirlərə və ultra-varlıların aktivlərinə əlavə vergi tətbiq etməyə, kasıb ölkələrin borclarını silməyə, humanitar yardımları artırmağa və inkişaf etməkdə olan iqtisadiyyatlara likvidlik dəstəyini gücləndirməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:Qətər ABŞ İran müharibəsində 24 milyard dollar itirib
27 Avqust 2026 16:59
ABŞ Çindən 24 milyard dollar tələb edir
08 Mart 2025 14:04
Vahid Ələkbərov sərvətini artırıb 27.2 milyard dollara çatıb
02 Yanvar 2025 17:09
Onların 41 milyard dollar sərvəti var
23 Aprel 2026 13:01
Bayden 24 milyard dollar istəyib
27 Noyabr 2024 08:49
Baxış sayı:197
Bu xəbər 15 İyun 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















