Icma.az
close
up
RU
Onların 41 milyard dollar sərvəti var

Onların 41 milyard dollar sərvəti var

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

"Forbes" jurnalı Rusiyanın ən varlı iş adamlarının yeni siyahısını təqdim edib.

Modern.az-ın məlumatına görə, siyahıda ümumilikdə 155 milyarderin adı yer alıb.

Ən varlı rus iş adamlarının ilk beşliyində aşağıdakı şəxslər qərarlaşıb:

Aleksey Mordaşov – 37 milyard dollar

Vladimir Potanin – 29,5 milyard dollar

Vahid Ələkbərov – 29,5 milyard dollar

Leonid Mixelson və ailəsi – 28 milyard dollar

Süleyman Kərimov və ailəsi – 25,7 milyard dollar

Siyahıdan göründüyü kimi, Rusiyanın üçüncü ən varlı şəxsi "Lukoyl"un keçmiş sahibi, “Gələcəyimiz” Fondunun İctimai Şurasının sədri, azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.

Bununla yanaşı, siyahıda daha üç Azərbaycan əsilli milyarder də adı yer alıb – Zarax İliyev, Qod Nisanov və Fərhad Əhmədov.

Zarax İliyev 5,1 milyard dollarlıq sərvətlə 37-ci pillədə qərarlaşıb. O, “Kiyevskaya ploşad”ın həmtəsisçisidir. 2022-ci ildə “Kiyevskaya ploşad” şirkəti Kazan vağzalının yaxınlığında yerləşən ərazidə ikinci qastro-kvartal – “Depo Tri vokzala”nı istifadəyə verib. 2024-cü ildə isə şirkət Mərkəzi Uşaq Mağazası (Lubyanka) binasını satın alıb. Obyektin sahəsi təxminən 70 min kvadratmetrdir.

5,1 milyard dollarlıq sərvəti ilə 38-ci yerdə qərarlaşan Qod Nisanov da Zarah İliyevin partnyorudur. O, “Yevropeyski”, “Şyolkovski”, “Moskva-Tyan’ya” avtomobil ticarət mərkəzi, “Fud Siti” aqroklasteri, “Depo” və “Mərkəzi bazar” qastro-mərkəzləri, həmçinin Radisson Collection Hotel Moscow (“Ukrayna”) hoteli və “Radisson Royal” kimi iri aktivlərə sahib olan “Kiyevskaya ploşad” qrupunun həmsahibidir.

Siyahıda 86-cı yeri tutan Fərhad Əhmədovun sərvəti 1,7 milyard dollar qiymətləndirilir. O, 2012-ci ilin noyabrında “Northgaz” şirkətindəki səhmlərinin 49 faizini Novatek şirkətinə 1,375 milyard ABŞ dollarına satıb. Əldə etdiyi vəsaitin bir hissəsini “Novatek”, “Lukoyl”, “Qazprom”, “Norilsk Nikel”, “Sberbank” və “Magnit” kimi iri şirkətlərin səhmlərinə yönəldib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri