Icma.az
close
up
RU
ABŞ İran müharibəsi necə nəticələnəcək? Politoloqdan açıqlama

ABŞ İran müharibəsi necə nəticələnəcək? Politoloqdan açıqlama

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

"Regionda baş verən hadisələrin miqyası artdığı təqdirdə, bunun ətraf ölkələrinə təsiri qaçılmaz olacaq. Burada söhbət yalnız hərbi müstəvidən getmir, eyni zamanda sosial və xüsusilə humanitar böhranla üzləşmək ehtimalları da kifayət qədər yüksəkdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi analitik Rusif Məmmədsoy deyib.

O bildirib ki, İran daxilində müəyyən dəyişikliklərin baş verməsi ehtimalı mümkündür:

"İran, İsrail və ABŞ-nin qarşı-qarşıya gəlməsi nəticəsində rəsmi Tehran daxilində müəyyən dəyişikliklərin baş verməsi ehtimalı yüksəkdir. Artıq ali dini liderin mümkün varisi hesab olunan şəxslərlə bağlı aradan götürülmə xəbərləri yayılır. Eyni zamanda, SEPAH rəhbərliyində dəyişikliklərdən sonra yeni təyin olunan şəxslə bağlı da ölüm xəbərlərinin yayıldığı bildirilir. Bu isə onu göstərir ki, sistem özünü yeniləməyə çalışsa belə, ABŞ və İsrail buna imkan verməyəcək. Bu, onların maraqlarına uyğun yeni siyasi rejim formalaşana qədər davam edə bilər”.


O söyləyib ki, İrandakı mövcud rejim öz siyasi kursunu dəyişə bilər:

"Mövcud rejim öz siyasi kursunu və görüntüsünü dəyişərək daha yumşaq siyasət həyata keçirə bilər ki, bu onlar üçün çıxış yolu olar. Bu çərçivədə uranın zənginləşdirilməsindən imtina edilməsi, ballistik raket proqramının məhdudlaşdırılması və ya tam dayandırılması kimi şərtlərin qəbul edilməsi İran üçün çıxış yolu hesab oluna bilər. Lakin İrandakı mühafizəkar qüvvələr, xüsusilə SEPAH və onun müxtəlif qanadları bu cür güzəştlərə getmək niyyətində olmadıqlarını bildirirlər və mübarizəni davam etdirmək mövqeyindədirlər”.

Ekspert deyib ki, İranın hazırkı vəziyyətdə ABŞ ilə açıq və genişmiqyaslı hərbi qarşıdurmada aparması real deyil:

"Digər tərəfdən isə Donald Trampın müxtəlif açıqlamalarında İranın geri çəkilməsi və ya müəyyən şərtləri qəbul etməsi ilə bağlı çağırışlar səslənir. Bu isə daha çox müharibənin psixoloji və informasiya müstəvisində aparılan təzyiq elementlərindən biri kimi qiymətləndirilməlidir. Bu, o demək deyil ki, İran rəsmi şəkildə təslim olmağa hazırdır. Lakin reallıq ondan ibarətdir ki, İranın hazırkı vəziyyətdə ABŞ ilə açıq və genişmiqyaslı hərbi qarşıdurmada uzun müddət davam gətirməsi olduqca çətin görünür. Körfəz ölkələrinə, o cümlədən Dubay kimi strateji nöqtələrə endirilən zərbələr də diqqət çəkir. İran bu yolla region ölkələrini ABŞ-yə təzyiq göstərməyə təşviq etmək və müharibənin dayandırılmasına nail olmaq məqsədi güdə bilər. Bu, İranın tətbiq etdiyi hərbi-siyasi taktikanın bir hissəsi kimi qiymətləndirilə bilər”.

R.Məmmədsoy qeyd edib ki, ABŞ və İsrailin prosesdən geri çəkilmək niyyəti yoxdur:

"ABŞ və İsrailin bu prosesdə geri çəkilmək niyyətində olmadığı müşahidə olunur. 1979-cu ildən indiyə qədər ABŞ və İsrail üçün rejimin devrilməsi və onlara uyğun sistemin qurulması əsas məqsəddir. Əgər vəziyyət daha da mürəkkəbləşər və İranın ərazi bütövlüyü məsələsi müzakirə predmetinə çevrilərsə, bu halda müxtəlif alternativ ssenarilərin gündəmə gəlməsi mümkündür. Belə bir vəziyyətdə region xalqları, o cümlədən İranda yaşayan Güney azərbaycanlıların da proseslərə münasibət bildirməsi vacibdir. İranın parçalanması soydaşlarımızın istəklərinə nail olması deməkdir”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Mart 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri