Icma.az
close
up
RU
İran Qərblə razılaşacaq? Politoloqdan AÇIQLAMA KONKRET

İran Qərblə razılaşacaq? Politoloqdan AÇIQLAMA KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir.

Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında daha geniş siyasi anlaşmanın və ya sülh sazişinin əldə olunmasına zəmin yarada bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında aparılan danışıqlar müsbət istiqamətdə inkişaf edir. Onun sözlərinə görə, İran Prezidenti və hökuməti ABŞ-la razılaşma əldə etməyə çalışır və SEPAH-ın da bu prosesə münasibətində müəyyən dəyişiklik müşahidə olunur.

“Uranın zənginləşdirilməsindən imtina edilməsi ilə bağlı İran tərəfindən güzəştə gediləcəyi vurğulanır. Düşünürəm ki, razılaşma əldə olunarsa, bunun əsasında müəyyən bir müqavilə imzalana bilər”, – politoloq qeyd edib.

Əsədullazadənin sözlərinə görə, Tehran üçün nüvə məsələsində güzəştə getmək ciddi addım hesab olunur. O, bildirib ki, ABŞ Prezidenti Donald Tramp üçün əsas məsələ İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasıdır:

“Uranın zənginləşdirilməsindən imtina edilməsi Tramp tərəfindən noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində diplomatik uğur kimi təqdim oluna bilər. Hörmüz boğazı ilə bağlı məsələ isə onun üçün bir o qədər prioritet deyil. Tramp daha çox İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını tələb edirdi”.

Politoloq hesab edir ki, İranın son dövrdə mövqeyində dəyişiklik etməsinin əsas səbəblərindən biri ölkəyə tətbiq olunan sanksiyaların iqtisadi nəticələridir. Onun sözlərinə görə, uzunmüddətli sanksiyalar İran iqtisadiyyatına ciddi təzyiq göstərir və bu amil Tehranı ABŞ-la diplomatik razılaşma imkanlarını nəzərdən keçirməyə vadar edir.

“SEPAH tərəfi bir neçə aydır güzəştə getmirdi. Lakin İrana tətbiq olunan sanksiyalar iqtisadiyyatın ciddi çətinliklərlə üzləşməsinə səbəb olur. İran artıq ABŞ-la diplomatik razılaşma mərhələsinə keçən bir proses içərisindədir”, – deyə M. Əsədullazadə bildirib.

Onun fikrincə, uranın zənginləşdirilməsi məsələsində razılaşmanın əldə olunması İran-ABŞ münasibətlərində daha geniş siyasi anlaşma üçün imkan yarada bilər. Bununla belə, yekun razılaşmanın məzmunu və tərəflərin digər məsələlər üzrə mövqelərinin necə uzlaşdırılacağı hələlik əsas sual olaraq qalır.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri