Icma.az
close
up
RU
ABŞ İran müharibəsi yenidən başlaya bilər Bölgəni hansı təhlükə gözləyir?

ABŞ İran müharibəsi yenidən başlaya bilər Bölgəni hansı təhlükə gözləyir?

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"İran və İsrail arasında baş verən son qarşıdurmalar bir daha göstərir ki, bu müharibənin hazırkı reallıq çərçivəsində başa çatması mümkün görünmür”


Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi analitik Rusif Məmmədsoy deyib.

O bildirib ki, ABŞ-İranla bağlı siyasi məqsədlərinə hələ də tam şəkildə çatmayıb:

"ABŞ-nin İranla bağlı siyasi məqsədləri və hədəfləri hələ də tam şəkildə reallaşmayıb. Bu məqsədlər arasında İranda rejim dəyişikliyi, ballistik raketlərin uçuş məsafəsinin məhdudlaşdırılması və uranın zənginləşdirilməsinin qarşısının alınması kimi məsələlər yer alır.

Son proseslər göstərir ki, aparılan danışıqlar heç bir nəticə vermədi. Baxmayaraq ki, Pakistanın vasitəçiliyi ilə müəyyən diplomatik təşəbbüslər irəli sürülür, zaman-zaman tərəflər arasında yenidən hərbi zərbələrin şahidi oluruq”.

O qeyd edib ki, ABŞ tərəfindən bölgəyə əlavə hərbi qüvvələrin göndərilməsi təsadüfi deyil:

"Xüsusilə son günlər yayılan məlumatlara görə, ABŞ tərəfindən bölgəyə əlavə hərbi qüvvələrin göndərilməsi təsadüfi deyil. Hərbi hava qüvvələrinin, hərbi dəniz donanmasının və canlı qüvvənin bölgəyə cəlb olunması böyük maliyyə tələb edir. Donald Trampın siyasi fəaliyyətinə nəzər saldıqda da görünür ki, o, nəticəsi olmayan proseslərə vəsait xərcləməyi sevən siyasətçi deyil. Bu baxımdan hesab edirəm ki, Vaşinqtonda artıq müəyyən qərarlar formalaşıb. Baxmayaraq ki, İsrail ilə İran arasında, eləcə də İsrail ilə İranın proksi qüvvəsi olan Hizbullah arasında qarşıdurmalar fonunda Donald Tramp və Benyamin Netanyahu arasında müəyyən fikir ayrılıqları müşahidə olunub. Lakin tərəflərin ortaq məxrəcə gəlmək ehtimalı kifayət qədər yüksəkdir. Son hadisələri də məhz bu kontekstdə qiymətləndirmək lazımdır”.

Politoloq vurğulayıb ki, İran tərəfi də müharibənin davam etməsində maraqlıdır:

"İran tərəfi də müharibənin hazırkı mərhələdə davam etməsində müəyyən mənada maraqlıdır. Çünki Tehran uzun illərdir Hörmüz boğazından strateji təsir rıçağı kimi istifadə edir. Bu boğaz üzərində nəzarət həm İran, həm də ABŞ üçün mühüm geosiyasi əhəmiyyət daşıyır. Lakin bu proseslərin İran üçün ciddi mənfi nəticələri də var. Söhbət yalnız strateji məğlubiyyətdən getmir. İran dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrindən biridir. Bu resursların beynəlxalq bazarlara çıxarılmasına, xüsusilə Çin kimi əsas alıcılara satışına qoyulan məhdudiyyətlər ölkə iqtisadiyyatına ciddi zərbə vurur. 

ABŞ-nin tətbiq etdiyi sanksiyalar fonunda İran böyük maliyyə itkiləri ilə üzləşir. Problem yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Digər strateji məhsulların xarici bazarlara çıxarılmasında da çətinliklər yaranır. Bunun nəticəsində ölkə daxilində qiymətlər kəskin artır, sosial narazılıq güclənir və iqtisadi problemlər daha da dərinləşir.

Hesab edirəm ki, hazırda İranın idarəedici strukturları, xüsusilə də SEPAH, müharibənin davam etməsində müəyyən maraq görür. Bunun əsas səbəblərindən biri daxildəki problemlərdən və ictimai narazılıqdan diqqəti yayındırmaq, gündəmi başqa istiqamətə yönəltmək istəyidir”. 

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 İyun 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri