ABŞ İran müharibəsi yenidən başlaya bilər Seçkilər Trampın qərarına təsir edəcək?
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Konqresinə aralıq seçkilərdə Respublikaçılar Partiyasının nümayəndələrinin məğlubiyyəti prezident Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər.
"AzPolitika" xəbər verir ki, bu barədə "Axios" portalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyasında İrana qarşı zərbələrin yenidən başlanması ilə bağlı fərqli mövqelər mövcuddur.
Dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset bu qərarın tərəfdarıdır. Vitse-prezident Cey Di Vens, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner isə Tehranla danışıqların bərpasına üstünlük verirlər.
Administrasiyadakı mənbələrdən biri bildirib ki, Respublikaçılar aralıq seçkilərdə məğlub olacağı təqdirdə Tramp genişmiqyaslı hərbi əməliyyat barədə əmr verməyə daha çox meyilli ola bilər.
Bununla belə, "Axios"un istinad etdiyi Ağ Evin nümayəndəsi seçkilərin nəticələrinin Trampın İrana münasibətdə qərarına təsir edən amil olmadığını bildirib.
Portalın məlumatına görə, Qətər vasitəçiləri Tehranda ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqların bərpasına yönəlmiş təmaslarda müəyyən irəliləyişə nail olublar. Vasitəçilərin iştirakı ilə danışıqların oktyabrın 31-də Dohada davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 31 Oktyabr 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















