Icma.az
close
up
RU
ABŞ İran qarşıdurması aktiv fazaya keçə bilər ŞƏRH

ABŞ İran qarşıdurması aktiv fazaya keçə bilər ŞƏRH

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"ABŞ-İran qarşıdurmasındakı vəziyyət səngimək bilmir və son hadisələr fonunda bu münaqişənin hələ uzun müddət davam edəcəyini söyləmək çətin deyil. Dünən ABŞ Prezidenti Donald Trampın jurnalistlərə verdiyi açıqlama bu münaqişənin nisbi atəşkəs dövründən yenidən aktiv fazaya keçə biləcəyinin ilk əlamətlərini özündə ehtiva edirdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

"Tramp əvvəlki açıqlamalarında Hörmüz boğazının tam blokadada olduğunu bildirsə də, Fars agentliyinin yaydığı məlumatlarda bir neçə gəminin SEPAH-ın müşahiyyəti ilə blokadanı keçərək limana daxil olduğu qeyd edilirdi. Bu onu göstərir ki, ABŞ-nin formalaşdırdığı Hörmüz blokadası gözlənildiyi qədər effektiv nəticə vermir. Paralel olaraq Tramp tərəfindən münaqişənin 4-6 həftə ərzində başa çatacağı söylənsə də, artıq 8-ci həftədir qarşıdurma davam edir və hələ də yekun nəticə əldə olunmayıb. Düzdür, Tramp bunun səbəblərindən biri kimi İranda vahid idarəetmənin olmamasını və ABŞ-nin kimlə danışıqlar aparmalı olduğunu müəyyən edə bilməməsini göstərir. Əslində bu müəyyən mənada başadüşüləndir. Çünki münaqişənin ilk günlərində İranın ali dini lideri Seyid Əli Xameneinin öldürülməsi və bunun nəticəsində idarəetmənin SEPAH generalları tərəfindən ələ alınması bugünkü danışıqlar prosesinə təsirsiz ötüşə bilməzdi".

Müsahibimiz əlavə etdi ki, Çinin İrandakı vətəndaşlarına ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilməsi diqqət çəkir və bu xəbərdarlığın əsas səbəblərindən biri də Trampın son açıqlamaları ilə bağlıdır:

"Belə ki, Tramp açıq şəkildə bildirdi ki, əgər İranla danışıqlar nəticə verməsə, bu münaqişə hərbi yolla həll ediləcək. Bu açıqlama onu göstərir ki, ABŞ hələ də öz məqsədlərində israrlıdır və əgər Hörmüz blokadası, eyni zamanda sanksiyalar istənilən effekti verməsə, yenidən hərbi vasitələrdən istifadə oluna bilər. Bu məqsədlə qırıcıların İran istiqamətinə göndərilməsi, paralel olaraq ətraf bazalarda hərbi hazırlıqların artırılması gözlənilən görünür".

Politoloqun sözlərinə görə, proseslərin indiki gedişatı onu göstərir ki, əgər İran öz mövqeyində qalarsa və Hörmüz blokadası effektivliyini göstərməzsə, yenidən münaqişənin eskalasiyası baş verə bilər:

"Silahlı insidentlər və hərbi qarşıdurmalar yenidən başlaya bilər. Mövcud vəziyyətdə ABŞ üçün iki yol qalır: ya öz maraqlarını müəyyən qədər kənara qoyub İranla kompromis razılaşmasına getmək, - amma bu da İranın siyasi mövqeyini gücləndirə bilər - ya da hərbi təzyiq xəttini davam etdirmək. Görünən odur ki, Vaşinqton birinci variantı istəmir, çünki bunun sonrakı mərhələlərdə İrandakı siyasi vəziyyətə təsiri ola bilər. Bu baxımdan ABŞ-nin İran razılaşmadığı təqdirdə yenidən hərbi vasitələrdən istifadəyə qayıtması istisna deyil".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Aprel 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri