ABŞ İran qarşıdurması təhlükəli mərhələdə: Müharibəyə hansı ölkələr qoşula bilər? ŞƏRH
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
ABŞ ilə İran arasında gərginlik son günlərdə daha da kəskinləşib və vəziyyət açıq qarşıdurma riskini artıran mərhələyə daxil olub. İran daxilində iqtisadi və siyasi səbəblərlə başlayan etirazlar davam edərkən, Vaşinqton Tehrana qarşı ritorikasını sərtləşdirib.
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini xəbərdar edərək bildirib ki, ABŞ lazım gələrsə “hər an hərbi addım ata bilər”.
Buna cavab olaraq İran hakimiyyəti ölkənin daxili işlərinə hər hansı xarici müdaxilənin qəbuledilməz olduğunu bəyan edib və mümkün hücuma sərt cavab veriləcəyini açıqlayıb. İran Silahlı Qüvvələri və İnqilab Keşikçiləri Korpusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, bölgədəki ABŞ bazalarına və müttəfiqlərinə mümkün cavab ssenariləri açıq şəkildə dilə gətirilir.
Maraqlıdır görəsən, ABŞ–İran qarşıdurması baş verərsə, bu gərginlik regionda və dünyada hansı ölkələrə təsir göstərə bilər? Turkustan.az olaraq bu sualı politoloq Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
ABŞ və İran arasında baş verə biləcək birbaşa hərbi qarşıdurma, sadəcə iki ölkənin hüdudlarını aşaraq bütün Avrasiya və Yaxın Şərq regionunun təhlükəsizlik arxitekturasını kökündən sarsıda bilər. Belə bir ssenaridə təsir dairəsinə düşən ölkələr coğrafi yaxınlıq, hərbi ittifaqlar və iqtisadi asılılıq səbəbindən geniş bir spektri əhatə edəcək. Xüsusilə Türkiyə, Səudiyyə Ərəbistanı və İsrail bu gərginliyin ən ön cəbhəsində yer alan dövlətlərdir.
Türkiyə həm NATO müttəfiqi olması, həm də İranla geniş sərhədi və ticarət əlaqələri səbəbindən həm təhlükəsizlik, həm də humanitar (miqrasiya) böhranları ilə üz-üzə qalacaq. Eyni zamanda, Ankara regional sabitliyi qorumaq üçün Vaşinqton və Tehran arasında çətin bir balanslaşdırma siyasəti yürütməli olacaq.
Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu qarşıdurmanın iqtisadi və hərbi "isti zonası"ndadır. İranın Hörmüz boğazını bağlamaq və ya ticarət gəmilərinə qarşı asimmetrik hücumlar təşkil etmək ehtimalı bu ölkələrin neft ixracını birbaşa hədəfə alacaq ki, bu da qlobal enerji bazarında qiymətlərin kəskin artmasına və dünya iqtisadiyyatında inflyasiya şokuna yol açacaq.
Digər tərəfdən, İraq, Livan və Suriya kimi ölkələr proksi qüvvələrin aktivləşməsi səbəbindən birbaşa döyüş meydanına çevrilmə riski daşıyır. İsrail üçün bu qarşıdurma ekzistensial təhdidlərin həlli fürsəti kimi görünsə də, Tehranın raket hücumları və "müqavimət oxu"nun cavab tədbirləri İsrailin bütün infrastrukturunu təhlükə altına qoyur.
Beləliklə, ABŞ-İran münaqişəsi regional bir toqquşmadan çox, Çindən Avropaya qədər uzanan iqtisadi zəncirləri və siyasi sabitliyi pozan qlobal bir hadisə xarakteri daşıyacaq.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 14 Yanvar 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















