ABŞ İran qarşıdurması Formula 1 yarışlarına da təsir etdi
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Yaxın Şərqdəki qarşıdurma Formula-1 yarışlarının cədvəlinə də təsir edib.
Avtosfer.az xəbər verir ki, Avstraliyada keçirilən yarışların qrafikində dəyişiklik olmayıb. Lakin texniki heyətin qitəyə getməsində ciddi çətinliklər olub.
Beynəlxalq Avtomobil Federasiyasının ilin əvvəlindəki proqramına görə birinci yarışlar martın 28-də Qətərin Losal şəhərindəki trekdə keçirilməli idi.
Siyasi və hərbi vəziyyətə görə artıq birinci yarış İtaliyanın Limola şəhərində aprelin 19-da baş tutacaq. Qətər rallisinin vaxtı yaxın aylarda müəyyən ediləcək.
Çində (13-15 mart) və Yaponiyada (27-29 mart) keçiriləcək yarışlarla bağlı çətinlik yoxdur. Lakin Bəhreyn (10-12 aprel) və Səudiyyə Ərəbistanı (17-19 aprel) ralliləri ilə bağlı vəziyyət qeyri-müəyyəndir. Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd bin Sulayem bildirib ki, Yaxın Şərq ölkələrində keçiriləcək yarışların vaxtı və yeri təhlükəsizlik vəziyyətindən asılı olacaq.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 10 Mart 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















