Icma.az
close
up
RU
Bakıda keçiriləcək Formula 1 yarışlarına xarici qonaqların BAXIŞI SORĞU

Bakıda keçiriləcək Formula 1 yarışlarına xarici qonaqların BAXIŞI SORĞU

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər il Bakıda keçirilən "Formula-1" yarışları dünyanın müxtəlif ölkələrindən minlərlə turist cəlb edir. Bu tədbir təkcə idman bayramı deyil, həm də Azərbaycanın mədəniyyətini, tarixini və qonaqpərvərliyini tanıtmaq üçün böyük fürsətdir. Şəhərimizin küçələri, tarixi abidələri və xüsusi tədbirləri turistlərin marağına səbəb olur. Bəs görəsən, Azərbaycana gələn qonaqlar ölkəmiz haqqında hansı təəssüratlara malikdir? Onlar Bakıda qalma müddətində nələri bəyənir, hansı çətinliklərlə üzləşirlər və gələcəkdə yenidən gəlməyi planlaşdırırlarmı? SİA olaraq sözügedən mövzu ilə bağlı turistlər arasında sorğu etdik.

Xarici qonaq Patel Harigumar: "Bu mənim Azərbaycana ilk gəlişimdir. Dünən gəldim və 19-u səhərinə qədər buradayam. Ölkə çox gözəldir, yerlər fantastikdir və hər yerdə şəkillər çəkdirdik. İnsanları çox səmimi və dostcanlıdır, hər şey mənim üçün çox xoş və rahatdır. Dostlarıma bu ölkəni mütləq ziyarət etməyi tövsiyə edəcəyəm. Qiymətlər də münasibdir, ona görə də buranı həm zövq üçün, həm də rahatlıqla ziyarət etmək olar. Azərbaycana gələnə qədər "Formula-1" haqqında məlumatım yox idi. Amma Azərbaycana gəldikdən sonra bilmişəm ki, yarış burda keçirilir. Hələ ki, yarış keçirilməyib, amma gələcəkdə bura yenidən gəlmək və "Formula-1"i canlı izləmək istərdim. Əgər imkan olsa, bu fürsəti heç vaxt qaçırmaram. Ümumiyyətlə, Azərbaycan gözəl ölkədir, insanları isə çox səmimi və dostcanlıdır. Hər şey mənim üçün çox yaxşı keçdi və mütləq fürsət düşən kimi bu ölkəni yenidən ziyarət edəcəyəm"

Xarici qonaq Singh Hira: "Hindistandan Azərbaycana mahnı oxumağa gəlmişəm. Yaşlı namizəd olaraq 100-dən çox insanla bir qrup şəklində gəlmişəm. Bakıda ən bəyəndiyim şeylərdən biri burada olan gözəl qızlardır. Bu mənim ilk ziyarətimdir və mən mütləq dostlarıma Azərbaycana gəlməyi tövsiyə edəcəyəm. Azərbaycana və Bakıya aşiq olmuşam. Buradan oğlum, qızlarım və dostlarım üçün şirniyyat və bir az şokolad almışam. Bura gələndən sonra "Formula-1" haqqında da məlumat aldım. Hələ yarış başlamayıb, amma çox maraqlı görünür və gələcəkdə Bakıda "Formula-1"i canlı izləmək istəyirəm. Əgər fürsət olsa, bu möhtəşəm yarışa qatılmaqdan heç vaxt imtina etməzdim. Ümumiyyətlə, Azərbaycan və Bakı mənim üçün çox xoş bir təcrübə oldu və bura yenidən gəlməyi səbirsizliklə gözləyirəm".

Xarici qonaq Jain Mohit: "Azərbaycana, Bakıya ilk dəfə gəlmişəm. Bu ölkəni ilk dəfə ziyarət edirəm və çox bəyəndim. Çox təmiz və səliqəlidir. Küçələr çox yaxşıdır. Mən paxlava dadmışam və bu şirniyyatı çox bəyəndim. Mən mütləq dostlarıma da Azərbaycana gəlməyi tövsiyə edəcəyəm. Bura ziyarət üçün çox gözəl ölkədir.

Azərbaycana gəldiyim zaman "Formula-1" yarışları haqqında da məlumat əldə etdim. Əslində, yarışlar üçün bura gəldim və həyəcanla canlı izləmək üçün fürsəti səbirsizliklə gözləyirəm. Hələ yarışlar başlamayıb, amma bu möhtəşəm tədbir haqqında öyrənmək mənim üçün çox maraqlıdır. Məncə, "Formula-1" çox gözəl və maraqlı bir idmandır. Mütləq gələcəkdə Azərbaycana yenidən gəlməyi nəzərdən keçirəcəyəm. Bu çox sakit, səliqəli və təmiz ölkədir və hər kəsi bura gəlməyə dəvət edirəm".

Xarici qonaq Sharma Suraj: "Hindistandan Azərbaycana ilk dəfə gəlmişəm və 3-4 gün qalacağam. Burada bütün şəhəri və tarixi sarayları ziyarət edirəm. Şəhər çox səliqəli və təmizdir, yerlər isə sakit və gözəldir. Bakıdakı bütün maraqlı məkanları gəzdim və şəhər mənim üçün çox xoş təəssürat yaratdı. Bura gəlməyimin bir səbəbi də "Formula-1" yarışlarını izləməkdir. Hələ yarışlar başlamayıb, amma bu möhtəşəm tədbiri canlı izləmək üçün səbirsizlənirəm. "Formula-1"in həyəcanını Bakıda yaşamaq çox maraqlı olacaq. Gələcəkdə də Azərbaycana və Bakıya yenidən gəlməyi planlaşdırıram. Bu ölkə və şəhər hər kəs üçün ziyarət edilməyə dəyər".

Xarici qonaq Patel Varun: "Bu, Azərbaycana ilk ziyarətimdir. Mən iki gün əvvəl Bakıya gəlmişəm və 3-4 gün qalmağı planlaşdırıram. Bakı çox gözəl şəhərdir, küçələr səliqəli və təmizdir, yerlər isə çox sakit və rahatdır. Mən "Alov qülləri"ndə (Flame Tower) qaldım və burada od və su effekti çox möhtəşəm görünür.

"Formula-1" yarışları haqqında məlumatı burada öyrəndim. Yarış Nizam küçəsinin şərq hissəsində keçiriləcək. Əvvəlcə bu yarış haqqında heç bir şey bilmirdim, amma indi növbəti günlərdə canlı izləməyi səbirsizliklə gözləyirəm. Bakıda "Formula-1"in həyəcanını yaşamaq çox maraqlı olacaq. Ziyarətim çox xoş keçdi və fürsət düşsə, mütləq Bakıya və Azərbaycana yenidən gələcəyəm".

Xarici qonaq Kapoor Ananya: "Dünən "İçərişəhəri" və "Alov qülləri"ni (Flame Toweri) ziyarət etdim. Azərbaycana ilk dəfə gəlmişəm və şəhər məni çox təsirləndirdi. Bakının küçələri, memarlığı və insanları çox dostcandır.

"Formula-1" yarışını ilk dəfə eşidirəm, amma bu barədə daha çox öyrənmək və yarışları canlı izləmək çox maraqlı görünür. Yeməklər çox dadlıdır və şəhər gəzintisi mənim üçün çox xoş keçdi. Gələcəkdə yenidən Azərbaycana səfər etməyi düşünürəm və mütləq dostlarıma da tövsiyə edərdim".

Xarici qonaq Mehta Arjun: "Azərbaycana ilk dəfə gəlmişəm və Bakını görmək çox həyəcanlıdır. Şəhər haqqında çox eşitmişdim, amma canlı görmək tam başqa hissdir.

İndi Nizami küçəsindəyəm və burada insanları və şəhərin canlı atmosferini izləmək çox maraqlıdır. "Formula-1" yarışından isə ilk dəfə xəbər tutdum və bu yarışın Bakıda keçiriləcəyini bilmək mənim üçün çox maraqlıdır. Yarışları canlı izləmək fürsətini qaçırmaq istəmərəm. Buradakı yeməklər çox dadlıdır və şəhər gəzintisi mənə böyük zövq verdi. Bu təcrübədən sonra mütləq gələcəkdə yenidən Bakıya səfər etməyi planlaşdırıram və dostlarıma da bu ölkəni ziyarət etməyi tövsiyə edərdim".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri