Icma.az
close
up
RU
ABŞ İran qarşıdurması: Müharibənin budəfəki mərhələsi başa çatır?

ABŞ İran qarşıdurması: Müharibənin budəfəki mərhələsi başa çatır?

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fikir ayrılıqlarına düşən ABŞ–İsrail müttəfiqliyinin İranla növbəti qarşılıqlı hücum kampaniyası müharibənin budəfəki fazasını bitirmək üçün “son zəng” kimi izah oluna bilər.

ABŞ və İran arasında gərginlik iyunun 8-də Oman sahillərində ABŞ helikopterinin vurulması ilə pik həddə çatdı.

Bu hadisəyə cavab olaraq ABŞ qüvvələri iyunun 9-da İranın cənubundakı 20-yə yaxın hərbi hədəfi vurdu. Qarşıdurmanın davamı olaraq İran ordusu ABŞ-ın Küveyt, Bəhreyn və İordaniyadakı hərbi bazalarına raket və PUA-larla hücum təşkil etdi.

Budəfəki atəşkəs reqlamentini pozan tərəfin İran olması diqqət çəkir. İran hesab edir ki, onun əlində əvvəllər aktivləşdirməyi planlaşdırmadığı üç ciddi təzyiq vasitəsi yaranıb:

– Hörmüz boğazında gəmilərin hərəkətinə mane olmaq;

– Körfəzdəki ərəb ölkələrinin neft infrastrukturunu hədəfə almaq;

– Yaxın Şərqdəki proksi qüvvələrini toparlamaq.

Tehran bu kontekstləri böyüdərək ABŞ ilə danışıqların perspektivini maksimal qazanc əldə etmək vasitəsinə çevirir.

Bunun üçün güc tətbiq edərək Hörmüz boğazı üzərində nəzarəti möhkəmləndirməyi qarşıya məqsəd qoyur.

Paralel olaraq İran Yaxın Şərqdəki müqavimət oxunun əsas dayağı olan “Hizbullah”ın İsrailə qarşı hücumlarından istifadə edir. İran Tehranın çəkindirici qüvvələrinin mərkəzi sütunu kimi “Hizbullah”ın əhəmiyyətini sübut etməyə çalışır.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı eskalasiyanın genişlənməsi siqnallarını versə də, sonradan kurs dəyişikliyinə getdi. Burada ABŞ-ın konkret nəyi hədəflədiyini müəyyən etmək mürəkkəb olsa da, Ağ Ev strategiyasının Tehran qarşısında strateji məğlubiyyətə olacağı mümkünsüz görünür.

İranın informasiya kampaniyası və ABŞ-ın rəsmi mövqeyindəki kəskin yanaşmadan daha yumşaq rejimə keçməsi onu göstərir ki:

– Budəfəki İran–ABŞ qarşıdurması tərəflərin tammiqyaslı müharibəyə girmədən güzəştlər üçün kalibrlənmiş güc tətbiqinə əsaslanırdı.

Hər iki tərəfin cari güc tətbiqi məhdud əməliyyatlar olaraq genişmiqyaslı müharibəyə qayıtmamaq üçün aparılmış qiymətləndirmələrə söykənirdi. Ancaq tərəflər hələ də münasibətləri daha sakit və konstruktiv detallar üzərində quracaq razılığa gəlməkdən uzaqdır.

Bu xüsusda ABŞ-nin İranla nüvə dosyesi üzrə razılaşma əldə etməsi çətinləşir. Tehranın son hücumları ABŞ-ın İranın nüvə proqramı ilə bağlı tələb və şərtlərini danışıqların predmetinə çevirməməsinə yönəlmiş kalibrlənmiş addım idi.

Ancaq bu kartın istifadəsi İranı bir neçə əlavə təhdiddən sığortalamır. İran hələ də ölkə daxilində həm elitadakı rəqabət fonunda daxili siyasi uyğunsuzluqdan, həm də dərin köklü iqtisadi və sosial problemlərdən əziyyət çəkir.

ABŞ və İsrail Tehranın daxili problemlərini idarə etmək qabiliyyətini məhdudlaşdırmaq üçün kəşfiyyat strategiyasını dəyişə bilər.

Digər tərəfdən, ABŞ və İsrail “Hizbullah”ı İran relsindən ayırmağa yönəlmiş fərqli və sensasion kurs başlada bilər. Bu, uzunmüddətli strategiya üçün hesablanmış konsepsiya kimi strateji oyunun bir hissəsinə çevrilə bilər.

Aqşin Kərimov,

Siyasi təhlilçi

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 İyun 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri