Icma.az
close
up
RU
ABŞ İran qarşıdurması: regional gərginlikdən qlobal güc mübarizəsinə

ABŞ İran qarşıdurması: regional gərginlikdən qlobal güc mübarizəsinə

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elman Bağırov

Ədalət Partiyasının sədr müavini

ABŞ-İran münasibətləri XXI əsrin ən mürəkkəb və çoxqatlı geosiyasi qarşıdurmalarından biridir. Bu qarşıdurma təkcə iki dövlət arasındakı ideoloji ziddiyyətlərlə məhdudlaşmır. O, Yaxın Şərqdə güc balansının formalaşması, İsrailin təhlükəsizliyi və ABŞ-nin əsas strateji rəqibi olan Çinin yüksəlişi kontekstində mühüm əhəmiyyət daşıyır. Məsələnin mahiyyətini anlamaq üçün regional proseslərlə yanaşı, böyük güclərin uzunmüddətli strateji hədəflərinə də nəzər salmaq zəruridir. Bu qarşıdurma qlobal güc balansı, enerji təhlükəsizliyi, regional hegemonluq və böyük güclərarası rəqabətin bir parçasıdır

1979-cu il İran İslam İnqilabından sonra İran ABŞ-nin Yaxın Şərqdə qurduğu siyasi, hərbi və iqtisadi sistemə açıq şəkildə meydan oxuyan əsas aktora çevrildi. ABŞ üçün İran regional sabitliyə təhdid, nüvə silahı potensialına malik dövlətdir, O, ABŞ və müttəfiqlərinə qarşı “asimmetrik müharibə” aparan güc kimi qəbul edilir.

Bu səbəbdən qarşıdurma dövlətlərarası birbaşa müharibə formasında deyil, sanksiyalar, diplomatik təcrid, proksi müharibələr, kiber əməliyyatlar və informasiya müharibəsi şəklində aparılır. ABŞ-nin məqsədi İranı tam məğlub etmək deyil, onu nəzarətdə olan təhlükə səviyyəsində saxlamaqdır.

İrana qarşı ABŞ-nin münasibətinin əsasında bir çox amillər dayanır. Bunların içərisində əsas səbəblər kimi aşağıdakıları göstərə bilərik:

Regional hegemonluq uğrunda mübarizə

İran Yaxın Şərqdə, xüsusilə İraq, Suriya, Livan və Yəməndə siyasi və hərbi təsirini genişləndirməyə çalışır. Bu proses ABŞ-nin regionda qurduğu ənənəvi müttəfiqlər sisteminə birbaşa təhdid yaradır. ABŞ isə Körfəz ölkələrinin təhlükəsizliyini, enerji marşrutlarının nəzarətini və İsrailin üstün mövqeyini qorumağı prioritet hesab edir.

İranın nüvə proqramı

İranın nüvə texnologiyalarını inkişaf etdirməsi ABŞ və onun müttəfiqləri üçün ciddi narahatlıq mənbəyidir. ABŞ-yə görə, İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə silahlanma yarışına səbəb ola bilər. Bu isə ABŞ-nin qlobal nüvə nəzarət mexanizminin zəifləməsinə səbəb ola bilər.

İdeoloji və siyasi ziddiyyətlər

İranın anti-Qərb və anti-İsrail ideologiyası ABŞ-nin qurmaq istədiyi dünya nizamı ilə ziddiyyət təşkil edir. İranın siyasi sistemi ABŞ-nin planlarına alternativ model təqdim edir. Bu ideoloji qarşıdurma ABŞ-nin qlobal hegemonluq iddiası ilə uzlaşmır və qarşıdurmanı daha da dərinləşdirir.

Xüsusilə qeyd etmək lazımdır ki, İsrail ABŞ-İran qarşıdurmasında əsas hərəkətverici qüvvələrdən biridir. İranın İsrailə qarşı sərt ritorikası və Hizbullah, HƏMAS kimi qruplaşmalara verdiyi dəstək İsrail tərəfindən birbaşa təhlükə kimi qiymətləndirilir. Bu səbəbdən İsrail İrana hava zərbələri, kiberhücumlar vasitəsilə aktiv təsir göstərir. İsrail faktiki olaraq ABŞ-ni İrana qarşı daha sərt siyasət yürütməyə sövq edən əsas regional aktordur.

ABŞ-nin əsas strateji hədəfi

ABŞ-İran qarşıdurmasını qlobal kontekstdən ayırmaq mümkün deyil. XXI əsrdə ABŞ üçün əsas strateji rəqib İran deyil, Çindir. Çin iqtisadi, texnoloji və hərbi baxımdan ABŞ-yə alternativ qlobal gücə çevrilir. Çinin sürətli iqtisadi yüksəlişi, texnoloji müstəqilliyi, qlobal ticarət və enerji marşrutlarına nəzarət cəhdləri ABŞ-nin qlobal liderlik mövqeyini təhdid edir. İran isə bu mübarizədə Çinin mühüm tərəfdaşlarından biridir. İran Çinin enerji təhlükəsizliyində, “Bir kəmər – Bir yol” layihəsində və ABŞ sanksiyalarına alternativ iqtisadi mexanizmlərdə əhəmiyyətli rol oynayır. Bu səbəbdən ABŞ İrana qarşı tammiqyaslı müharibədən yayınır. Belə bir müharibə ABŞ-nin resurslarını Yaxın Şərqdə tükəndirə bilər. Nəticədə Çinin Sakit ocean bölgəsində manevr imkanları genişlənərək qlobal güc balansında ABŞ-nin mövqeyini zəiflədər.

ABŞ-İran qarşıdurması klassik düşmənçilikdən daha çox, idarə olunan gərginlik strategiyasıdır. Bu strategiya:

– Yaxın Şərqdə güc balansını nəzarətdə saxlamağa;

– İsrailin təhlükəsizliyini təmin etməyə;

– ABŞ-nin əsas diqqətini Çinlə qlobal rəqabətə yönəltməyə xidmət edir.

Mövcud vəziyyətdə İran nə tam məğlub edilir, nə də qlobal sistemə tam inteqrasiya olunur. Bu qarşıdurma yaxın perspektivdə də davam edəcək və regional proseslərdən çox, böyük güclər arasındakı qlobal mübarizənin tərkib hissəsi olaraq qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Yanvar 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri